Artvində təbii fəlakət: Üç çoban qar uçqunu altında qalıb
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində baş verən təbii fəlakət nəticəsində üç çoban kiçik mal-qara sürüsü ilə birlikdə qar uçqunu altında qalıb.
Bu barədə Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, uçqun Ardanuç rayonunda dəniz səviyyəsindən 2 300 metr yüksəklikdə yerləşən Aksu yaylasında yerli vaxtla səhər saat 11:00 radələrində baş verib. Üç çobanın sürüləri ilə birlikdə qar altında qalması xəbərindən sonra AFAD qrupları səfərbər edilib. Qruplar qarla örtülü yolları təmizləyən ağır texnikanın köməyi ilə əraziyə çatmağa çalışırlar.
14:42
Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində qar uçqunu baş verib.
Oxu.Az-ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu barədə Artvin valisi Turan Ergün məlumat verib.
"Zekeriya kəndində uçqun baş verməsi barədə məlumat aldıq. Ərazidəki çobanların uçqun altında qaldıqları ehtimal edilir. Komandalarımız hadisə yerinə çatmağa çalışırlar", - deyə Turan Ergün bildirib.
O, həmçinin bölgədəki hava şəraitinin əlverişsiz olduğunu qeyd edib, Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) və digər müvafiq qurumların qruplarının, çətin şəraitə baxmayaraq, xilasetmə əməliyyatları üçün əraziyə çatmağa çalışdığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 31 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















