Icma.az
close
up
RU
Arutyunyan etirafları: Qarabağda hər şeyi Ermənistan törədib

Arutyunyan etirafları: Qarabağda hər şeyi Ermənistan törədib

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Qarabağı işğalda saxladığı müddətdə həm danışıqlar prosesini, həm də beynəlxalq müstəvidəki təbliğatı bir yalan üzərində qurmağa çalışırdı: Qarabağdakı silahlı qruplar “özünümüdafiə ordusudur”, İrəvanın qondarma rejim üzərində heç bir təsiri yoxdur, onlar müstəqil fəaliyyət göstərən qondarma “dövlətdir”.

Bu yalanın məqsədi Qarabağ danışıqlarını “öz müqəddəratını təyin etmə” prinsipi üzərində qurmaq, qondarma rejimin “müstəqilliyini” beynəlxalq müstəvidə qəbul etdirmək idi. Ermənistanın bu yalanı işləmədi: nə danışıqlar prosesi “öz müqəddəratını təyin etmə” prinsipi üzərində quruldu, nə qondarma rejim “tərəf” kimi qəbul olundu, nə də onların “müstəqil” kimi qəbul edilmək xülyaları baş tutdu. Çünki Qarabağdakı işğala əsaslanan status-kvonu erməni diasporu/lobbisinin dəstəyi ilə beynəlxalq müstəvidə qəbul etdirməyə müəyyən qədər nail olsalar da, qondarma rejimin “müstəqil” olmadığı yalanı beynəlxalq hüquqda inkar edilirdi. Dünya birliyi də işğal faktına son qoymaq istəməsə belə, reallığı görmək məcburiyyətində idi:

- Xankəndidəki qondarma rejim “seçki şousu” keçirsə də, təyinatlar İrəvandan edilirdi;

- Qondarma rejimin maliyyəsi həmişə Ermənistanın dövlət büdcəsindən ayrılıb və bu, gizli yox, rəsmi şəkildə edilib, hətta 44 günlük müharibədən sonra da: 2020-2023-cü illər ərzində Ermənistan dövlət büdcəsindən Xankəndidə qalmış separatçı dəstəyə rəsmi şəkildə 538 milyard dram (1,3 milyard dollar) verilib;

- Qarabağdakı qanunsuz silahlı birləşmələr Ermənistandan çağırışçılar hesabına formalaşır, qondarma “komandirlər” də Ermənistan Silahlı Qüvvələrinə tabe idi: Nikol Paşinyanın oğlu Aşot Paşinyanın Qarabağda qanunsuz olaraq “hərbi xidmət” keçməsi bu faktın birbaşa erməni baş nazir tərəfindən təsdiq edilməsidir; erməni baş nazir 44 günlük müharibədən sonra Ermənistandan Qarabağa çağırıçıların göndərilməsini ləğv etməklə də bunu etiraf etmiş oldu;

- 44 günlük müharibədə müharibə aparan tərəf qondarma rejim yox, məhz Ermənistan idi və orduya rəhbərliyi baş qərargah rəis Onik Qasparyan edir, qərarları isə Nikol Paşinyan verirdi, hətta həyat yoldaşı Anna Akopyanı qanunsuz şəkildə Azərbaycan ərazisinə göndərmişdi: müharibədə Ermənistanın 10 minə yaxın itki verməsi, müharibədən sonra isə Qarabağdan çıxarılan silahlı birləşmələrin Ermənistana qayıtması qondarma rejimin “müstəqil fəaliyyət” göstərmədiyinin real nümunələrindəndir;

Ermənistanın Qarabağdakı qondarma rejimin “müstəqilliyi”, Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı birləşmələrin “müdafiə ordusu”na məxsus olduğu haqda uydurmalarını təkzib edən belə faktlar kifayət qədərdir. Bütün bu faktlara rəğmən, Ermənistan rəhbərliyinin hələ də eyni iddiaları müxtəlif formalarda davam etdirməsi də təssadüfi deyil: işğal dövründə məqsədləri qondarma rejimin “müstəqilliyini” qəbul etdirmək idisə, indi Azərbaycana qarşı törədilən müharibə cinayətlərində məsuliyyətdən yayınmağa çalışırlar;

Lakin qondarma rejimə rəhbərlik etmiş və hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Araik Arutyunyanın sonuncu məhkəmədə səsləndirdiyi etiraflar rəsmi İrəvanı fakt qarşısında qoydu.

44 günlük müharibə ərəfəsində baş verənlər haqqında danışan Araik Arutyunyanın ifadəsində hər şey etiraf edilir:

- “Qarabağ ordusu”nun təlimlərinə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik edib, həmçinin, Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarlar Ermənistanda verilib.

- “Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır”.

- Onik Qasparyan (Ermənistan ordusunun baş qərargah rəisi) o mənə dedi ki, Azərbaycanın hava limanarı bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirilir”.

- Arutyunyan Prezident İlham Əliyevə məktub ünvanlamaq istəsə də, Paşinyan buna imkan verməyib: “Oktyabrın 18-i Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram... Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir”.

- “Qarabağ Müdafiə Ordusu”nun “komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi. Mən “hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb. Onilliklərlə “Qarabağ ordusu” ayrıca ordu kimi fəaliyyət göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı”.

Araik Arutyunyanın ifadəsi Qarabağda Azərbaycana qarşı törədilmiş bütün cinayətlərə görə birbaşa Ermənistan dövlətinin məsuliyyət daşıdığının etirafıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Mart 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri