Icma.az
close
up
RU
Arutyunyanın etirafları nələri üzə çıxardı? Yalan ifşa oldu

Arutyunyanın etirafları nələri üzə çıxardı? Yalan ifşa oldu

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Ermənistan Qarabağı işğalda saxladığı müddətdə həm danışıqlar prosesini, həm də beynəlxalq müstəvidəki təbliğatı bir yalan üzərində qurmağa çalışırdı: "Qarabağdakı silahlı qruplar “özünümüdafiə ordusudur”, "İrəvanın qondarma rejim üzərində heç bir təsiri yoxdur, onlar müstəqil fəaliyyət göstərən qondarma “dövlətdir”.

Bu yalanın məqsədi Qarabağ danışıqlarını “öz müqəddəratını təyin etmə” prinsipi üzərində qurmaq, qondarma rejimin “müstəqilliyini” beynəlxalq müstəvidə qəbul etdirmək idi. Ermənistanın bu yalanı işləmədi: nə danışıqlar prosesi “öz müqəddəratını təyin etmə” prinsipi üzərində quruldu, nə qondarma rejim “tərəf” kimi qəbul olundu, nə də onların “müstəqil” kimi qəbul edilmək xülyaları baş tutdu. Çünki Qarabağdakı işğala əsaslanan status-kvonu erməni diasporu/lobbisinin dəstəyi ilə beynəlxalq müstəvidə qəbul etdirməyə müəyyən qədər nail olsalar da, qondarma rejimin “müstəqil” olduğu yalanı beynəlxalq hüquqda inkar edilirdi. Dünya birliyi də işğal faktına son qoymaq istəməsə belə, reallığı görmək məcburiyyətində idi:

- Xankəndidəki qondarma rejim “seçki şousu” keçirsə də, təyinatlar İrəvandan edilirdi;

- Qondarma rejimin maliyyəsi həmişə Ermənistanın dövlət büdcəsindən ayrılıb və bu, gizli yox, rəsmi şəkildə edilib, hətta 44 günlük müharibədən sonra da: 2020-2023-cü illər ərzində Ermənistan dövlət büdcəsindən Xankəndidə qalmış separatçı dəstəyə rəsmi şəkildə 538 milyard dram (1,3 milyard dollar) verilib;

- Qarabağdakı qanunsuz silahlı birləşmələr Ermənistandan çağırışçılar hesabına formalaşır, qondarma “komandirlər” də Ermənistan silahlı qüvvələrinə tabe idi: Nikol Paşinyanın oğlu Aşot Paşinyanın Qarabağda qanunsuz olaraq “hərbi xidmət” keçməsi bu faktın birbaşa erməni baş nazir tərəfindən təsdiq edilməsi idi; erməni baş nazir 44 günlük müharibədən sonra Ermənistandan Qarabağa çağırıçıların göndərilməsini ləğv etməklə də bunu etiraf etmiş oldu;

- 44 günlük müharibədə müharibə aparan tərəf qondarma rejim yox, məhz Ermənistan idi və orduya rəhbərliyi Baş Qərargah rəis Onik Qasparyan edir, qərarları isə Nikol Paşinyan verirdi, hətta həyat yoldaşı Anna Akopyanı qanunsuz şəkildə Azərbaycan ərazisinə göndərmişdi: müharibədə Ermənistanın 10 minə yaxın itki (ölən - red.) verməsi, müharibədən sonra isə Qarabağdan çıxarılan silahlı birləşmələrin Ermənistana qayıtması qondarma rejimin “müstəqil fəaliyyət” göstərmədiyinin real nümunələrindəndir;

Ermənistanın Qarabağdakı qondarma rejimin “müstəqilliyi”, Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı birləşmələrin “müdafiə ordusu”na məxsus olduğu haqda uydurmalarını təkzib edən belə faktlar kifayət qədərdir. Bütün bu faktlara rəğmən, Ermənistan rəhbərliyinin hələ də eyni iddiaları müxtəlif formalarda davam etdirməsi də təssadüfi deyil: işğal dövründə məqsədləri qondarma rejimin “müstəqilliyini” qəbul etdirmək idisə, indi Azərbaycana qarşı törədilən müharibə cinayətlərində məsuliyyətdən yayınmağa çalışırlar.

Lakin qondarma rejimə rəhbərlik etmiş və hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Araik Arutyunyanın sonuncu məhkəmədə səsləndirdiyi etiraflar rəsmi İrəvanı fakt qarşısında qoydu.

44 günlük müharibə ərəfəsində baş verənlər haqqında danışan Araik Arutyunyanın ifadəsində hər şey etiraf edilir:

- “Qarabağ ordusu”nun təlimlərinə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik edib, həmçinin Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarlar Ermənistanda verilib;

- “Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır”.

- Onik Qasparyan (Ermənistan ordusunun Baş Qərargah rəisi) mənə dedi ki, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirilir”.

- Arutyunyan Prezident İlham Əliyevə məktub ünvanlamaq istəsə də, Paşinyan buna imkan verməyib: “Oktyabrın 18-i Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram... Oktyabrın 19-u gününün sonunda o, mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir”.

- “Qarabağ müdafiə ordusu”nun “komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi. Mən “hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb. Onilliklərlə “Qarabağ ordusu” ayrıca ordu kimi fəaliyyət göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı”.

Araik Arutyunyanın ifadəsi Qarabağda Azərbaycana qarşı törədilmiş bütün cinayətlərə görə birbaşa Ermənistan dövlətinin məsuliyyət daşıdığının etirafıdır.

Asif Nərimanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Mart 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri