Arvadı evi tərk edən kişi dəhşət saçdı Azərbaycanda film kimi cinayət
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Masallı rayonunda ailə münaqişəsi zəminində baş vermiş silahlı hücum və qətl hadisəsi ilə bağlı cinayət işinə baxıb.
BAKU.WS-in məlumatına görə, hadisə 29 iyun 2025-ci il tarixdə saat 02:00 radələrində Masallı rayonu, Xoşçobanlı kəndində baş verib.
Təqsirləndirilən Rəsul Hüseynov (ad və soyad şərtidir) arvadı Məhəbbət, qızı Elmira və qohumu Nazim Qarayevin anası Mələk Məmmədovanın qızı ilə birlikdə "Changan Qyuan A05" markalı avtomobillə evini tərk etməsinə görə qısqanclıq və mübahisə zəminində "Derya Lion" markalı ov tüfəngi ilə atəş açıb.
Nəticədə Mələk Məmmədova döş qəfəsi və qarın nahiyəsindən aldığı ağır yaralar nəticəsində vəfat edib. Məhəbbət döş qəfəsindən, Elmira qolundan ağır yaralanıb, Nazim isə yüngül xəsarətlər alıb.
Tibbi ekspertiza rəylərinə görə, xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma dərəcəsində qiymətləndirilib. Məhkəmədə təqsirləndirilən Rəsul özünü qismən təqsirli bilib və peşmanlığını bildirib.
O, qətli qəsdən törətmədiyini, yalnız cəzalandırmaq istədiyini, digər yaralılara qırmanın təsadüfi olduğunu qeyd edib. Zərərçəkmişlər Məhəbbət və Elmira şikayətçi olub və ağır cəza tələb ediblər,
Nazim isə şikayətini geri götürüb. Mərhumun hüquqi varisi Nazlı Məmmədova da şikayətçi olub.
Hökmün əsaslandırılmasında məhkəmə bir sıra yüngülləşdirici halları nəzərə alıb:
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən Rəsul HüseynovAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 və 29,120.2.7-ci (üç şəxsi xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.
O, 120.2.4-cü maddə ilə 16 il 6 ay, cəhd maddələri ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayətlərin məcmusu üzrə qismən toplama yolu ilə qəti cəza 18 il azadlıqdan məhrum etmə təyin edilib. Cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək və müddət 29 iyun 2025-ci ildən (tutulma tarixi) hesablanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 25 Dekabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















