Icma.az
close
up
RU
Arvadım Mehdiyevin arvadının üzünü də görməyib, ermənicə bilmir : Əli Həsənov

Arvadım Mehdiyevin arvadının üzünü də görməyib, ermənicə bilmir : Əli Həsənov

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP Ağsaqqallar Şurasının üzvü Əli Həsənov Xural TV-nin iddialarına cavab verib.

"Cebheinfo.az" xəbər verir ki, Xural TV-nin rəhbəri Əvəz Zeynallının onun həyat yoldaşının Ramiz Mehdiyevin erməni əsilli arvadı ilə vaxtaşırı Badamdardakı villada görüşlər keçirdiyi, görüşlərdə erməni dilində danışdıqları, ermənilərlə qohum olan şəxslərin vəzifələrə irəli çəkilməsi istiqamətində iş apardıqları haqda dediklərinə reaksiya verib. Təkzibini əlyazma formasında Musavat.com-a göndərən Əli Həsənov qeyd edib ki, Əvəz Zeynallının dedikləri onun ailəsinə qarşı şər-böhtandır:

“Xural TV-nin rəhbəri Əvəz Zeynallı Ramiz Mehdiyevdən danışarkən mənim ailəmin guya Ramiz Mehdiyevin ailəsi ilə erməni dilində danışdığını deyir və guya Badamdarda villa tikintisində işləyən fəhlənin ona dediklərinə istinad edir. Sonra deyir ki, bilmirəm o fəhlə sağdı, ya ölüb və hətta həmin fəhləyə təşəkkür edir. Əvvəla, mənim ailəm Ramiz Mehdiyevin ailəsinin heç üzünü də görməyib və erməni dilində bir söz də bilmir. Mənim Badamdarda heç bir villam yoxdur. Ailəm isə Qarabağlıdır-Ağcabədidə dünyaya göz açıb. Əvəz Zeynallının dedikləri ifrat dərəcədə şər və böhtandır.

O birinci dəfə deyil mənim ünvanıma şər-böhtan danışır. Özü də sifarişlə”. 22 il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olaraq məcburi köçkünlərin problemləri ilə məşğul olduğunu vurğulayan Əli Həsənov daha sonra deyib:  “Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin qərar və tapşırıqlarını, onların mənə verdikləri geniş səlahiyyətlərdən istifadə edərək qaçqın və məcburi köçkünlər arasında ictimai-siyasi sabitliyin qorunub-saxlanması üçün lazımi tədbirlər görmüşəm.

Həmin dövrdə mənim ünvanıma mətbuatda çoxsaylı şər-böhtanlar yazılıb. Mən heç birinə cavab verməmişəm, çünki bilirdim ki, bu yazılar sifarişlə yazılır və qaçqın və məcburi köçkünlər arasında ictimai-siyasi sabitliyin pozulmasına yönəlib. Hər dəfə mənə qarşı böhtanlar yazıldıqca, mən əksinə qeyd etdiyim istiqamətdə gördüyüm tədbirləri daha da gücləndirirdim. İndi Əvəz Zeynallının danışığına ona görə cavab verirəm ki, o, mənim ailəm barədə ağlasığmaz dərəcədə şər-böhtan danışıb, özü də hədəfi yayındırmaq üçün. Ailə müsəlman aləmində hər bir kişi üçün müqəddəsdir. Başqasının ailəsinə qarşı şər-böhtan danışmaq heç kimə başucalığı gətirmir və bu, yolverilməzdir, heç bir çərçivəyə sığmır”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri