Icma.az
close
up
RU
Arvadına əsəbləşib qonşunun velosipedini oğurladı

Arvadına əsəbləşib qonşunun velosipedini oğurladı

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oğuz rayonunda arvadı ilə münaqişəsi yaranan 45 yaşlı kişi oğurluq edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Oğuz şəhəri, H. Əliyev prospekti 8 ünvanında baş verib. 1981-ci il təvəllüdlü Əflatun həmin ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsi ilə ikinci mərtəbə arasında olan pilləkənlərarası meydançadan həmin binada yaşayan Əliyara (adlar şərtidir – red.) məxsus 520 manat dəyərində velosipedi gizli olaraq talayıb.
Əflatunun barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əflatun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Oğuz rayonunda ailəsi ilə birlikdə yaşayır:
“Hadisə baş verən gün spirtli içki qəbul etmişəm və sərxoş olmuşam. Məlum hadisədən əvvəl arvadım Vəsilə ilə aramızda mübahisə yarandı. O, uşaqları da götürərək atasının evinə getdi. Həmin ev bizim
yaşadığımız binanın yaxınlığında yerləşib”.
Təqsirləndirilən şəxs deyib ki, məlum oğurluq hadisəsindən əvvəlki gün, axşam saatlarında yaşadığı evdə spirtli içki qəbul edib və növbəti günə keçən gecə, saat 01 radələrində qərara gəlib ki, qayınatası Əlinin evinə gedərək ailəsini öz yaşadığı evə gətirsin:
“Mən öz evimin yerləşdiyi binadan çıxaraq təxminən 100 metr aralıda yerləşən qayınatamın evinin yerləşdiyi binanın qarşısına getdim. Bloka daxil olaraq ikinci mərtəbəyə qalxanda pilləkənlərarası meydançada velosiped olduğunu gördüm və onu götürərək binadan çölə çıxardım. Daha sonra binaların arasında sürərək özümün yaşadığım evə apardım. Bundan sonra bərk içkili olduğum üçün uzanaraq yatdım”.
Əflatunun ifadəsinə görə, növbəti gün, axşam saatlarında evə polis əməkdaşları gəlib və onu Oğuz Rayon Polis Şöbəsinə dəvət ediblər:
“Orada bildim ki, velosiped qayınatamın qonşusu Əliyara məxsusdur və o, velosipedinin oğurlanması ilə əlaqədar şikayət edib, polis əməkdaşları da velosipedi mənim oğurladığımı müəyyən ediblər. Bundan sonra velosipedi könüllü olaraq polis əməkdaşlarına təqdim etdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini, etdiyi əmələ görə peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını deyib.
Zərərçəkmiş şəxs ifadəsində göstərib ki, hər axşam bir neçə nəfər yoldaşı ilə birlikdə velosiped sürüb və özünə məxsus velosipedi yaşadığı evin blokunda saxlayıb. Onun sözlərinə görə, velosipedi Qəbələ rayonunda yerləşən mağazadan 699 manata kreditlə alıb:
“Velosipedi yaşadığım binanın blokunda, birinci mərtəbə ilə ikinci mərtəbənin arasında olan yerdə saxlamışam. Məlum hadisə günü gecə növbəsindən gəldikdən sonra yorğun olduğum üçün velosipedin həmişə saxladığım yerdə olmasına nəzər yetirmədən yaşadığım evə getdim və növbəti gün, axşam saat 16 radələrində işə gedərkən evdən çıxan zaman gördüm ki, velosiped qoyduğum yerdə yoxdur. Mən binadan çıxaraq ətrafı axtardım. Lakin velosipedi tapa bilmədim. Fikirləşdim ki, qonşu uşaqlar sürmək üçün götürüblər, sonra gətirərək yerinə qoyarlar”.
Zərərçəkmiş ifadəsinin sonunda göstərib ki, daha sonra velosipedin oğurlanması barədə Oğuz Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.
Oğuz Rayon Məhkəməsinin hökmü ilə Əflatun 6 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə Oğuz rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən cəzaçəkmə müddəti ərzində hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməsi, həmçinin bu müddətdə Oğuz rayonunun hüdudlarından kənara çıxması qadağan olunub.
Bundan əlavə, onun üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxsə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb. Bu halların onun müalicəsi ilə əlaqədar xəstəxanada olması istisna hal kimi nəzərə alınması qeyd olunub.
Fariz Məlikli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Sentyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri