Icma.az
close
up
RU
Arvadına görə dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI

Arvadına görə dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadına görə bir nəfəri bıçaqlamaqda təqsirləndirilən Nizami Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə şahid E.Ə.-nin ilkin istintaq zamanı verdiyi ifadə elan olunub. Şahid ifadəsini oxumadan qol çəkdiyini bildirib. Daha sonra şahid E.Ə. məhkəmənin və vəkillərin suallarını cavablandırıb.

Zərərçəkən Şahpur Cəfərov "Bu adamı (təqsirləndirilən Nizami Əliyevə işarə edir) azadlığa buraxmayın. Mənim qanım çöldə qalmayıb. Bunların hamısı üstümə düşüb məni döyürdü. Böyrümün isindiyini hiss edib geri dönəndə bıçağı E.Ə.-nin əlində gördüm" - deyə məhkəməyə səslənib.

Şahid E.Ə. verilən suallara "yadımda deyil, xatırlamıram" kimi cavablar verib.

Məhkəmə E.Ə-nin istintaq zamanı verdiyi ifadəsini elan edib:

"Atamla əminin evinə getdik. Sonra hamımız maşına minib Şahpurun dəmir sexinə getdik. Çatanda Nizami əmim maşından düşüb sexə getdi. Mən maşından düşmədim. Əmimin gəldiyini görüb maşından düşdüm. Əmimin əlində tünd qəhvəyi dəstəkli bıçaq vardı".

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Nizami Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 30 iyuna təyin olunub.

Xatırladaq ki, hadisə 2024-cü il oktyabrın 6-da Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Nizami Əliyev Cinayət Məcəlləsinin 126.1 maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə məsuliyyətə cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 İyun 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri