Arvadına mesaj yazan şəxsə əzab verib ölümlə hədələdi
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lənkəran Rayon Məhkəməsində əzab vermədə və öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmədə təqsirləndirilən Lətif Bayramzadə və onun dostu Fərrux Qulamovun (hər ikisinin adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Elvin Ələsgərovu sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il müddətə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, hadisə 18 mart 2025-ci il tarixdə Lənkəran rayonu ərazisində baş verib.
Belə ki, Lətif Bayramzadənin arvadının istifadə etdiyi mobil telefonda “WhatsApp” tətbiqi vasitəsilə S.S. (adı, soyadı şərtidir) tərəfindən göndərilmiş səsli mesajı oxuyub. Bundan sonra o, həmin şəxsin həyat yoldaşı ilə qeyri-rəsmi münasibətdə olmasından şübhələnib. Bu səbəbdən Lətif zərərçəkmiş şəxsin Lənkəran rayonunda yerləşən çay fabriklərinin birində işlədiyini müəyyən edib.
Təqsirləndirilən şəxs yaxın dostu Fərrux Qulamovla əlaqə saxlayaraq S.S.-i “cəzalandırmaq” barədə razılığa gəlib və qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edib. Belə ki, zərərçəkmiş şəxs iş yerindən dəvət edilərək avtomobillə Lənkəran şəhərində yerləşən Lətifin yaşadığı evə aparılıb.
İstintaqla müəyyən edilib ki, S.S. evin ikinci mərtəbəsində qrup üzvləri tərəfindən təxminən 10–15 dəqiqə ərzində təhqir edilib, yerə yıxılaraq yumruq və təpik zərbələri ilə döyülüb, ona qarşı insan ləyaqətini alçaldan, güclü fiziki ağrı və psixi iztirablar verən zorakı hərəkətlər törədilib. Nəticədə zərərçəkmiş şəxsə Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, lakin əzab vermə kimi qiymətləndirilən hərəkətlər edilib.
Bununla yanaşı, istintaq zamanı müəyyən olunub ki, həmin gün saat 14:00 radələrində Lətif evin birinci mərtəbəsində baltanı nümayiş etdirərək S.S.-i öldürməklə hədələyib. Hədənin real xarakter daşıdığı, onun icrası üçün faktiki maneələrin olmadığı şəraitdə zərərçəkmiş şəxsin boğaz nahiyəsinə baltanı yönəldərək ölüm hədəsi səsləndirib.
Qeyd olunan əməllərlə bağlı Lətifin qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə əzab verməsi və öldürməklə hədələməsi cinayət əməli kimi qiymətləndirilib.
(pravda.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















