Icma.az
close
up
RU
Arvadına mütəmadi olaraq işgəncə verən şəxsin cəzası yüngülləşdirildi

Arvadına mütəmadi olaraq işgəncə verən şəxsin cəzası yüngülləşdirildi

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Əkrəm Yaqublunun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Suraxanı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 2 ilə endirilib. Əkrəm Yaqublunun üzərində qəti olaraq 1 il 8 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İttihama görə, Əkrəm Yaqublu 2007-ci il tarixdən birgə nikahda olduğu zərərçəkmiş Mətanət Yaqublu (ad, soyadı şərtidir) ilə 2017-ci ilin əvvəllərindən etibarən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində əsassız qısqanclıq və sair lüzumsuz səbəbləri bəhanə gətirərək yaşadıqları mənzildə mütəmadi olaraq onu qapalı saxlayıb psixi iztirablar verib.

Belə ki, təqsirləndirilən şəxs arvadını mütəmadi olaraq döyərək söyüş söyüb təhqir etməklə şəxsiyyətini alçaldıb. O, həmin hərəkətlərin davamı olaraq 18 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Suraxanı rayonu ərazisində yerləşən evlərində yenə də əsassız qısqanclığı bəhanə gətirərək kiçik ölçülü dərzi qayçısı ilə Mətanətin qəsdən boğaz nahiyəsindən vurub. Sonra qadın ərindən canın qurtarmaq üçün balkona qaçıb çıxmaq istəyib. Bu zaman Əkrəm arvadını tutub yerə yıxaraq balıncı üzünə dirəyib qəsdən nəfəs almasını çətinləşdirib.

Beləliklə, Əkrəm Mətanəti mütəmadi olaraq döyüb güclü fiziki ağrı yetirib həmin zorakı hərəkətləri və şəxsiyyətini alçaldan psixi iztirablarla zərərçəkmiş şəxsə işgəncə verməklə əzab vermə cinayətini törədib.
Əkrəm Yaqublunun barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə, işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Suraxanı Rayon Məhkəməsinin hökmü o, 2 il 8 ay 10 gün müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə iclas zalında həbs olunmuşdu.

Qeyd: Onların birgə nikahdan 2 övladı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Avqust 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri