Arvadını öldürüb Kürə atdı Həbs edildi
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabirabadda arvadını qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Seyidrəsul Talıbzadə 11 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin may ayında Sabirabad rayonunda baş verib. 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 06 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















