Arvadını öldürüb meyitini parçaladı, hissələrini şəhərə səpələdi
Lent az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Krasnoyarsk şəhərində 34 yaşlı arvadını öldürüb parçalamaqda şübhəli bilinən 42 yaşlı kişi saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, cinayət iyunun 10-da şübhəli şəxs ezamiyyətdən qayıdarkən baş verib.
"2025-ci il iyulun 2-də hüquq-mühafizə orqanlarına Krasnoyarsk sakini 34 yaşlı dostunun itkin düşməsi barədə müraciət edib. Polis əməkdaşları qadının itkin düşməsinin cinayət xarakteri daşıdığını, onun itkin düşməsində 42 yaşlı ərinin əli olduğunu müəyyən edə biliblər", - İstintaq Komitəsindən bildirilib.
İstintaqın məlumatına görə, ər-arvad arasında münaqişə yaranıb. Bu zaman kişi qadına bir neçə zərbə vurub və nəticədə onun ölümünə səbəb olub. O, cinayəti gizlətmək üçün meyiti parçalara ayırıb, qalıqlarını torbalara yığaraq avtobus və taksidən istifadə edərək şəhərin müxtəlif ərazilərinə səpələyib.
Saxlanılan şəxs təqsirini tam etiraf edib. İstintaq onun həbsi üçün vəsatət vermək niyyətindədir. Məhkəmə-tibb ekspertləri əməliyyat-axtarış tədbirləri zamanı mərhumun qalıqlarını aşkar edib çıxarmağa nail olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 15 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















