Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI
Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mejdureçenskdə polis gül dükanında aldığı buketin pulunu ödəmədə oradan qaçan sakini saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Kemerovo vilayətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bir çiçək salonunun əməkdaşı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək, naməlum şəxsin satış yerindən dörd min rubl dəyərində bir buket oğurladığını bildirib. Oğurluqda şübhəli bilinən şəxs 32 yaşlı Mejdureçensk sakini olub, əvvəllər məhkum olunmayıb.
Dindirmə zamanı o, həyat yoldaşına gül buketi almaq istədiyini, gözəl gül kompozisiyası seçdiyini, ancaq kassada telefonunun enerjisinin bitdiyini və malın pulunun təmassız ödəniş üsulu ilə ödəyə bilmədiyini etiraf edib. O, sonra salonu buket olmadan tərk etmək istəmədiyini, buna görə də çiçəkləri götürərək hadisə yerindən qaçdığını deyib.
Mejdureçen sakini evdə qızılgülləri həyat yoldaşına verib, lakin tezliklə cinayət axtarışı əməkdaşları tərəfindən ələ keçirilib. Şübhəli quldurluq maddəsi ilə cinayət işi açılıb.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 Yanvar 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















