Arvadını və bıçaqladı: cəzadan azad edildi
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sədərəkdə arvadını öldürməyə cəhddə təqsirləndirilən Zakir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə Zakir Abbasovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi qərarına gəlib. Hökmə əsasən, o, cinayət məsuliyyətindən azad edilib, ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə göndərilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Sədərək rayonunda baş verib. Zakir Abbasov həyat yoldaşı Aləmzər Abbasovanı bıçaqlayıb, daha sonra isə özünə xəsarət yetirib.
Zakir Abbasova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 22 Oktyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















