Arvadını və qızını öldürdü, oğlunu götürüb xaricə qaçdı Türkiyədə DƏHŞƏT
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Türkiyədə Litva vətəndaşı Andrey Kuşleviç keçmiş həyat yoldaşı İrina Dvizova və qızını qətlə yetirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bodrum şəhərində qeydə alınıb. Mənzildə ana və qızının cəsədləri mələfəyə bükülmüş və kəndirlə bağlanmış vəziyyətdə tapılıb.
İstintaqın müəyyən etdiyi məlumata görə, Kuşleviç qətldən sonra Dvizovanın mənzilində təxminən beş saat qalıb və evi təmizləyib. Bundan əlavə, o, hadisədən sonra beş yaşlı oğlunu götürərək Litvaya gedib. Qətlə yetirilən qadının oğlu istintaq orqanlarına cinayətin ögey atası Kuşleviç tərəfindən törədilə biləcəyini ehtimal etdiyini deyib. O bildirib ki, anası ilə həmin şəxs arasında dəfələrlə mübahisələr yaşanıb.
Məhkəmə Andrey Kuşleviçi təqsirli bilərək, onu ömürlük həbs cəzasına məhkum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 16 May 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















