Arvadını xəstəxanalıq edən şəxsə amnistiya düşdü
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Nərimanov rayonunda ailə daxilində yaşanan gərginlik məhkəmə zalında yekunlaşıb.
Demokrat.az xəbər verir ki, paytaxt sakini olan Tacir mətbəxdə aralarında yaranan mübahisə zamanı həyat yoldaşı Mələyə fiziki zorakılıq tətbiq edib. Birgə yaşadıqları evdə qeydə alınan hadisə zamanı qadın baş nahiyəsindən aldığı yumruq zərbəsi nəticəsində bədən xəsarətləri alıb.
Hadisədən dərhal sonra faktla bağlı araşdırmalara başlanılıb və təqsirkar şəxsə qarşı qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb. İşin araşdırılması zamanı məlum olub ki, ər əməlindən peşmandır və tərəflər artıq barışıblar. Təqsirləndirilən şəxs məhkəmədə ailəsində anlaşılmazlıq olduğunu deyərək bir daha belə addım atmayacağını bildirib və amnistiya aktının ona şamil olunmasını istəyib.
Zərərçəkmiş qadın da öz ifadəsində həyat yoldaşı ilə barışdığını və ortaq övladlarının olduğunu diqqətə çatdırıb. O, hadisənin təfərrüatları ilə bağlı danışarkən bunları qeyd edib:
"Hazırda bir övladımız olduğu və barışdığım üçün ərimə qarşı heç bir şikayət və tələbim yoxdur".
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ailəsinə qarşı zorakılıq edən şəxs amnistiya qərarına əsasən cinayət məsuliyyətindən azad edilib və işə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Arvadını döyən şəxsə HÖKM OXUNDU
25 Dekabr 2024 09:58
Arvadını döyən şəxsə hökm oxundu
10 Dekabr 2024 09:13
Baxış sayı:118
Bu xəbər 04 May 2026 12:44 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları