Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Arvaduşaq qatilləri dözmədi ər döyüşünə Sabir Rüstəmxanlı VİDEO

Arvaduşaq qatilləri dözmədi ər döyüşünə Sabir Rüstəmxanlı VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

Sabir Rüstəmxanlı,

Xalq şairi, VHP sədri

Milli azadlıq, Müstəqillik, Zəfər, Milli Qurtuluş yüz illər boyu həsrətini çəkdiyimiz, lüğətimizdə olsa da, həyatımızda olmayan sözlərdir. İndi bu sözlər və bu sözlərin arxasında duran unudulmaz hadisələr həmişəlik olaraq xalqımızın yaddaşına və təqvimimizə köçmüşdür. Zəfər bayramını bizə 2020-ci ilin Noyabr ayının səkkizində, Şuşanı fəth edən qəhrəman əsgərlərimiz hədiyyə etdilər. Həmin ilin dekabr ayında Azərbaycan Prezidentinin fərmanı ilə  Şuşada  qazanılan qələbə "Zəfər bayramı" kimi rəsmiləşdi. Ordumuzun bu rəşadəti bütün Qələbə arzularımızın yekunu və Yeni Türk intibahının başlanqıcı oldu.

Torpağımızın hər qarışı bizə əzizdir, lakin Şuşanın düşmən əlindən alınmasının son dərəcə böyük tarixi, mənəvi, psixoloji əhəmiyyətini hər birimiz bilirik. Azərbaycanın sənət zirvəsi, Qarabağ xanlarının baş kəndi, mədəniyyətimizə qızıl səhifələr yazmış böyük sənətkarların ata ocağı olan Şuşanın ermənilər tərəfindən işğalı hər birimiz üçün bir utanc mənbəyi idi və bunun məsuliyyətini bütün xalq daşıyırdı.

Üzeyir bəyin musiqisinə sakit qulaq asa bilmirdik. Vaqifin, Zakirin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhman bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin əsərlərini oxuyanda gözümüz dolurdu. Onların ruhları bizə dinclik vermirdi.

Paşinyan başda olmaqla Ermənistan rəhbərlərinin və Dağlıq Qarabağ faşistlərinin Şuşada qol açıb oynamaları yadımıza düşəndə xəcalət çəkirdik.

Azərbaycan ordusu Şuşanı azad etməklə qürurumuzu  qaytardı. Son dörd ildə Qarabağda baş verən hadisələr Azərbaycan tarixinin ən parlaq səhifələri siyahısındadır.

 30 il ərzində Qarabağda törədilmiş vəhşiliklərin, son  iki əsrdə bütün Cənubi Qafqazda qətlə yetirilən Azərbaycan türklərinin təsəvvürə gəlməz qanlı faciələrinin, Ermənistandan qovulan soydaşlarımızın üzləşdikləri zülmlərin cavabı böyük qələbə, böyük Zəfər ola bilərdi. Amma 1988-ci ildən başlanan erməni terroru və torpaq iddiaları  qələbəyə qədərki  32 ildə Azərbaycan xalqını çox ağır sınaqlardan keçirtdi. Dağlıq Qarabağdan və Ermənistandan çıxarılmış insanların qaçqın-köçkün həyatı  sözlə ifadə edilə bilməyən bir faciə dastanıdır; sinəmizə çəkilən dağdır, yaradır və onun sağalması hələ çox çəkəcək.

Bu yaranı indi azad olunmuş Qarabağda görülən işlər, rayonlarımızın yenidən dirçəlişi, salınan yeni şəhərlər, kəndlər sağalda bilər.

30 il tarix üçün qısa bir zamandır. Ancaq bu illərbütöv ailələri məhv etdi; saysız-hesabsız insanın arzuları yarımçıq qaldı. Qarabağda əsrlərdən yadigar qalan abidələrimiz, hər biri bir sənət əsəri sayıla bilən gözəl evlərimiz dağıdıldı, qəbirsanlıqlarımız  şümlandı. Zəfər bayramı fantastik bir loğman kimi yavaş-yavaş bu yaraları sağaldır.

Əslində,  biz ən ağır günlərdə, SSRİ-nin silahlı qüvvələrinin yardımı ilə Azərbaycan torpaqlarını işğal edən erməni faşisminin qabağında əliyalın vəziyyətdə nə qədər sarsıntılar keçirtsək də, böyük güclərin, ATƏT-in Minsk qrupunun on illərlə davam edən oyunbazlıqlarının və ermənipərəst   siyasətinin şahidi olsaq da sonda qələbəmizə inamımızı heç vaxt itirməmişdik. Çünki hər bir azərbaycanlı Ermənistanın bizim torpağımızda yaradılmış, kökü olmayan bir dövlət olduğunu, ərazilərimizdən kəsilib verilən yerlər hesabına şışırdildiyini, bütün iddəalarının əsassızlığını yaxşı bilirik. Hər  zaman bu inamla yazıb, bu inamla danışmışıq.

1988-ci ilin 23 noyabrında meydana toplaşmış bir milyon insana üz tutub demişdim: “Biz Azərbaycan torpağının, yəni babalarımızın min illər ərzində qoruyub saxladığı torpağın bir qarışını belə heç kəsə verən deyilik! Biz Azərbaycan torpağına uzanan yad əllər kəsilməyənə qədər sakit olan deyilik”.

1989-cu ilin 10 oktyabında “Azərbaycan” qəzetində yazırdım: “... İnamımız sarsılmazdır. Çünki, işimiz haqq işidir və xalqın gücü kimi sarsılmaz bir qüvvəyə arxalanırıq”.

O ilin 11 noyabrında yenə həmin qəzetdə yazırdım: “Sınmaq, dərdə boyun əymək, ürəyimizi çürütmək olmaz! Xalqın böyüklüyü ağır günlərdə, öz haqqını, torpağını, yurdunu müdafiə günlərində bəlli olur”.

1990-ci ilin 22 iyununda erməni tərəfində bizə qarşı vuruşduqlarına görə Azərbaycan hərbiçilərinin əsir aldığı 6 rus əsgərinin azad edilməsinə kömək göstərməyimi məndən xahiş edən bir rus ziyalısına   yazmışdım: “Yəqin ki siz, Rusiyanın tanınmış hüquqşünası və ictimai xadimi yaxşı bilirsiniz ki. “cavan uşaqlar” dediyiniz muzdlu rus əsgərləri Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak edib, neçə-neçə azərbaycanlının qanını töküb, evlər yandırıb, rabitə vasitələrini partladıblar. Bütün bunlar sübut olunub.

...Məni yandıran təkcə itirilən torpaqlarımızın və müharibə qurbanlarının dərdi deyil, o torpaqları inanıram ki, biz gec-tez qaytaracağıq; məni yandıran bu boyda faciəni görən dünyanın özünü karlığa və korluğa vurması, insanların buz laqeydliyidir. Biz Xocalı, Şuşa, Kəlbəcər və s. bölgələrimizdə vəhşiliklə  məhv edilmiş uşaqların, qocaların, qadınların ölümünə ağlayanda təəssüf ki, bircə nəfər rus ziyalısının- köhnə dostlarımızın səsini eşitmədik”.

1992-ci ilin iyun ayında Nyu  Yorkda keçirilən Türkiyə-Amerika Cəmiyyətləri Asanbleyasının keçirdiyi II Türk dünyası Konfrasındakı çıxışımı bu sözlərlə bitirmişdim: “8 milyonu Arazdan şimalda, təxminən 30-35 milyonu da İranda, İraqda yaşayan bu millət (1992-ci ilin sayıdır.  S.R.) gələn əsrdə həmin regionun taleyini həll edən  bir gücə çevriləcəkdir. Azərbaycan öz torpaqlarını qoruyacaq, Azərbaycan haqq yolundadır, onu müdafiə etmək haqqa və Allaha tapınmaqdır”.

1994-cü ilin yayında,  ermənilərin özlərini qalib kimi apardıqları günlərdə  söz terrorçusu Silva Kapitukyanın bir məqaləsinə cavab olan “Mağaraya dönüş” adlı məktubda yazırdım:  “ Siz öz min illik qonşularınız olan azərbaycanlıları Ermənistandan sonuncu nəfərə kimi qovanda – milli evinizi – “milli mağaranızı” quranda məğlub olmuşdunuz... Siz o illər ərzində körpələrinizin ürəyini, beynini nifrət zəhəri ilə zəhərləyəndə, “onlar pisdir, nələri varsa bizimdir” və s. cəfəngiyyatla onları ömürlük xəstələndirəndə, nəsillərinizi imandan, xeyirxahlıqdan məhrum edib, heç vaxt həyata keçməyəcək qondarma ideyalarla  boğazlarına zəncir salanda məğlub olmuşdunuz.

Siz Quqarxda uşaqlarımızı diri-diri basdıranda, qadınların kürəyinə siqaret basanda, dünya müharibələrinin görmədiyi vəhşilikləri törədəndə, qulaq-göz qəniməti axtaranda, ibtidai insanlar kimi baş dərisi soyub, ölülərin ruhunu da təhqir edəndə məğlub olmuşdunuz”.

2010-cu ildə Uqandada İslam Konfransı təşkilatı ölkələrinin Parlament İttıfaqındakı çıxışında demişdim: “Biz öz torpaqlarımızı azad edəcəyik, haqlı olduğumuzu bütün dünyaya göstərəcəyik. Lakin sizin yardımınız olsa bu iş sürətlənər. Soyqrım uzaq tarixdə deyil, bizim günlərdə, Xocalıda Azərbaycan türklərinə qarşı yapılmışdır və ermənilər heç şübhəsiz bunun cavabını verəcəkdir”.

Müxtəlif beynəlxalq qurumlarda və diaspor təşkilatlarımızda çıxışlarımın hamısı bu cür inamla doludur. Mən hələ  bu ruhda yazılmış və bəziləri qələbə marşlarına çevrilmiş şeirlərimi demirəm.

Ordumuzun qələbəsi həm də sözümüzün qələbəsinə çevrildi; sözümüzə güc qatdı və ədəbiyyatımıza yeni-yeni mövzular verdi.

8 noyabrda Şuşanın fəthi  xəbərini eşidəndən sonra “Qarabağa dönüş” adlı bir poema yazmışdım. Sözümü həmin poemadan bir parça ilə yekunlaşdırıram:

Arxada qaldı divar, öndə düşmən səngəri,

Səngərin o üzündə ruhumuzun şəhəri.

Pənah xanın, Vaqifin, Natəvanın şəhəri,

Zirvələrə köklənən tar-kamanın şəhəri.

Hər həyətdən yollara aşan qızıl gülləri,

Canlı güllər eşqinə oxuyan Bülbülləri.

Nəcəf bəyin ocağı, Əhməd bəyin yuvası,

Hacıbəyli nəslinin bitməz vətən qovğası.

Gah tarixə əl atdı, gah bu günü dindirdi,

Üvertüra üstündə milləti sevindirdi.

Həm bulaq zümzüməsi, həm okean səsiydi,

Üzeyir musiqisi – ruhun möcüzəsiydi...

Söz-söhbəti dillərdə, kefi daim çağ olan,

İşi – sənət, musiqi, yazıb-yaratmaq olan,

Dağı, daşı, torpağı tarixdən bu yana sir,

Bir qaraçı nəslinə qala bilərmi əsir?

Səsim, sözüm, musiqim bu qayanın üstündə,

Məni kim endirəcək bu qayanın üstündən?

Bu səngərdə yenilsən divardan enmək olmaz.

Şuşanı fəth etmədən geriyə dönmək olmaz...

Əsgər fürsət bilincə çiskinli gecələri

Dumanla qatılaşıb bu bələdçi qaranlıq.

Səsindən işıqlanıb şəhərin küçələri,

Addımından oyanır yatan ruhlar bir anlıq.

Mürgülü keşikçilər göz açıb-qırpanacan

İçirlər nuşi-canla ölümün şərbətini.

Nə anlaya biliblər hara uçub getdi can,

Nə sözə növbə çatıb anlada heyrətini.

Göyün dumanı kimi qondu düşmən başına

Yerdən, göydən gəldiyi bilinməyən bir əsgər.

Mərmi, güllə başına dolu kimi yağsa da

Yürüşü pozulmayan, ələnməyən bir əsgər.

Səsi çıxmazdan qabaq ağzından çıxır canı,

On ölkədən gələnin əcəli burda çatır...

Düşmən bir də ayılır, yollarında Şuşanın

Məscidə doldurduğu donuz sürüsü yatır.

Döşünə döyən ordu qanqal kimi biçilib,

Leş-leşin üstündədir, oyanmaz bu yuxudan.

Düşmən siçana dönüb, düşmən elə kiçilib

Silahla bir-birinə saldırır qorxusundan.

Günahsız körpələrin qanı tutub gözünü,

Hesabat verməlidir bu qiyamət günündə.

Qorxudan ağlı çaşıb, biçir özü-özünü,

Bir ordu qaçıb gedir yüz əsgərin önündən.

İntiqam səhnəsini qəsdən uzadır gecə,

Yalvarışlar dağıdır dağların yuxusunu.

Dumana qarışaraq yerə üz sürtüb keçən,

Əsgər aslana dönüb qovur it ilxısını.

Dabanına tüpürüb generalı, zabiti,

Tankın, topun üstündən tullanaraq qaçırlar.

Arvad-uşaq qatili dözmür ər döyüşünə,

Tülkü texnikasını qullanaraq qaçırlar.

Şuşanın dolayları dönüb şahmar ilana,

Sağ çıxanlar bu yolda ərisinlər, itsinlər.

Heç kim cəsarət edib boylanmasın dalına.

Açılıb Laçın yolu – qoy rədd olub getsinlər!

Şuşanın gecəsindən yad nəfəsi hayların

Sökülüb atılınca astaca sökülür dan.

İşığı qayıdıbdır Günəşlərin, Ayların

Müqəddəs bayrağımdır gecəni aydınladan!...

*

Bu gün türkün bayramı, işğalçının yasıydı,

Allahın hökmü ilə yazılmışdı bu yazı.

Onun “bəla” dediyi Allahın balasıydı.

Xocalı qırğınının alınmışdı qisası.

Ordum Cəbrayıldadır, Arazdan bir az bəri,

Arada sıx meşələr, neçə cəbhə xətti var.

Düşmən hələ bilmir ki, savaşın dahiləri-

adsız qəhrəmanlarım – Yaşma igidləri var.

Allahın hökmü ilə yazılmışdı bu yazı,

Millətimin zilləti axır çatmışdı sona.

30 illik həsrətin alınmışdı qisası,

Bir milyon göz baxırdı öz viranə yurduna!   

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri