Arxeologiya və Antropologiya İnstitutunun könüllüləri mükafatlandırılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda könüllülük proqramı iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan institutun direktoru dosent Fərhad Quliyev vurğulayıb ki, həyata keçirilən könüllülük proqramı gənclərin Azərbaycan tarixinə və elmə marağının artırılmasına, elmi biliklərinin zənginləşdirilməsinə və peşə yönümü seçiminə xidmət edir. O, həmçinin proqramın gənclərin sosiallaşmasına, kollektiv fəaliyyət bacarıqlarının inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Mərasimin sonunda proqramın “qış fəsli” üzrə iştirakçılarına - Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kollecini təmsil edən gənclərə sertifikat, təşəkkürnamə və diplomlar təqdim edilib.
Azərbaycan Universitetinin II kurs magistratura tələbəsi Fidan Vahidova çıxış edərək proqramın könüllülərə qazandırdığı bilik və təcrübənin əhəmiyyətindən danışıb, təşkilatçılara və dəstək göstərən qurumlara minnətdarlığını bildirib. Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərin elmi fəaliyyətə marağının artırılması, onların gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsi və milli-mədəni irsin təbliği baxımından əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 19 Mart 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















