Arxeoloqlar Misirdə qədim Roma qəbiristanlığı və sənaye kompleksi aşkar ediblər
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Arxeoloqlar Misirdə qədim Roma qəbiristanlığı və sənaye kompleksi aşkar ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Turizm və Qədim Əşyalar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Kom-əl-Ahmar və Kom-Vasit bölgələrində arxeoloqlar son dövrə və Ptolemey sülaləsinin erkən dövrlərinə aid qədim sənaye emalatxanalarını, eləcə də Roma qəbirlərinin qalıqlarını aşkar ediblər.
Qazıntılar zamanı bir neçə otağa bölünmüş böyük sənaye binası tapılıb. Onlardan ikisi balıq emalı üçün istifadə olunub. Digər otaqlar metal və daş alətlər, saxsı amuletlər və heykəlciklər istehsalı üçün istifadə olunub. Tapıntılar arasında eramızdan əvvəl V əsrə aid yarımçıq qalmış əhəngdaşı heykəlləri və yunan saxsı qabları da olub.
Bundan əlavə, ekspedisiya bir neçə növ dəfn üsulunda olan Roma məzarını aşkar edib: torpaqda, gil tabutlarda və böyük amforaların içərisində - uşaqları belə basdırırdılar.
Paduya Universitetinin alimləri yaşlarını, cinsini və həyat tərzlərini müəyyən etmək üçün 23 nəfərin qalıqlarının bioloji təhlillərini aparırlar.
Tapılan artefaktlar arasında gənc bir qadına məxsus onlarla amfora və bir cüt qızıl sırğa olub. Bütün tapıntılar əlavə tədqiqatlar və restavrasiya üçün Qahirədəki Misir Muzeyinə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 01 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















