Icma.az
close
up
RU
Arxeoloqların belə hələ də sirrini aça bilmədiyi yerlər FOTO

Arxeoloqların belə hələ də sirrini aça bilmədiyi yerlər FOTO

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Elm adamlarının və arxeoloqların yer üzündə həyata və bəşər tarixinə gəldikdə həmişə izahatları var. Lakin indiyə qədər nə alimlər, nə də tarixçilər bəzi sirli yerlərin izahını verə bilməyiblər.

Sfera.az bu məzmunda arxeoloqların izahını verə bilmədiyi sirli yerləri sizə təqdim edir. 

1. Bialbero di Casorzo

İtaliyada tapılan bu maraqlı ağac - Tutun üstündə gilas ağacı var, ikisi də müxtəlif meyvələr verir. Təbiətdə belə ağaca tez-tez rast gəlmək çox da mümkün deyil. İndi turistlərin ziyarət etdiyi möhtəşəm yerlərdən birinə çevrilib və ağaca dırmaşmaq qəti qadağandır.

2.Heidentor

Heidentor həm də “bütpərəstlərin qapısı” kimi tanınır. Roma İmperiyasının hökmdarı II Konstantinin dövründə tikilmişdir. Lakin indiki Avstriya ərazisində yerləşən bu dağılmış tikilinin yalnız bir tağı salamat qalmışdır.

3. Geri dönüş olmayan adası

Afrikanın şərqində yerləşən Turkana gölündəki bu qəribə adaya “Geri dönüş olmayan ada” adı verilib. Deyilənə görə, gedənlər geri qayıda bilmədiklərinə görə bu ad verilib. Məşhur ingilis kəşfiyyatçısı Vivian Fuchs araşdırma aparmaq üçün bu adaya getsə də, ondan bir daha xəbər alınmayıb. 

4. Ayn Dara məbədi

Suriyada yerləşən bu məbəddə bu nəhəng ayaq izləri əsrlər boyu diqqət çəkib. Alimlər və arxeoloqlar bu nəhəng ayaq izlərinin necə meydana gəldiyini araşdırarkən bir neçə nəzəriyyə irəli sürüblər. Ancaq başqa bir rəvayətə görə, böyük ayaqlı bir tanrının bu məbədi ziyarət etdiyi üçün bu ayaq izlərinin orada qaldığı deyilir.

5. Misirin Günəş məbədi

Misirdəki bu Günəş məbədi uzun illər əvvəl Günəş Tanrısı Ra-ya həsr olunaraq tikilsə də, məbəddən çox şey qalmamışdır. Əbu Qorabda 6 günəş məbədi olduğu məlumdur, lakin bu günə qədər yalnız 2-si gəlib çatmışdır.

6. Barsa-Kelmes

Bir vaxtlar Aral dənizində ada olan Barsa-Kelmes indi boş yerə çevrilib. Bura həm də “geri dönüş olmayan yer” kimi tanınır və bunun səbəbi ora gedənlərin heç vaxt geri qayıtmamasıdır. 1940-cı illərdə də qadağan olunmuş yer idi. Deyilənə görə, indi də getsən yenə elektron cihazlar xarab olur, naviqasiya işləmir.


7. Heraklin əli

Daşdan hazırlanmış bu nəhəng əl Herkulesin əli kimi tanınır. 3 barmağı qalmasına baxmayaraq, mütləq ziyarət edilməli və görülməli yerdir. Bu nəhəng əl Herakl məbədində yerləşir.

8. Coacalco piramidası

Meksikada bu piramidanın yaxınlığında yaşayan insanların dağıdıcı vulkan püskürməsi nəticəsində öldüyü bildirilir. Onları xatırlamaq üçün geridə çox şey qoymasalar da, bu piramidalar həmişə onları xatırladacaq.

9. İtirilmiş Kalahari şəhəri

Belə bir şəhərin olub-olmaması illərdir müzakirə olunur. Lakin 1885-ci ildə kanadalı ixtiraçı və əyləncə təşkilatçısı William Leonard Hunt Kalahari səhrasında gəzərkən tərk edilmiş şəhərin qədim xarabalıqlarına rast gəldiyini iddia edib. O, tapdığı şəhərin içərisində yanmış məbədlər və xarabalıqlar gördüyünü deyib.

10. Nasistlərin tikdiyi nəhəng üzüklər

Murmanskın şimalında yerləşən bu maraqlı və nəhəng üzüklər İkinci Dünya Müharibəsində nasistlər tərəfindən tikilib. Lakin hazırda bu üzüklərə sovet qoşunları sahib olduqları üçün heç kimin onlara yaxınlaşmasına imkan vermirlər. Bundan əlavə, bu üzüklərin UFO-lar üçün hazırlandığı deyilsə də, hələlik dəqiq məlumat əldə olunmayıb.

11. Druid məbədi

Bu məbəd düşünüldüyü qədər qədim deyil. 1820-ci ildə William Danby adlı zəngin və torpaq sahibi tərəfindən tikilmişdir. 7 il burada tək yaşayan şəxsə külli miqdarda pul verəcəyini deyib. İnsanlar onun niyə belə bir şey tikdiyini hələ də başa düşə bilmirlər.

12. Gungywamp

Gungywamp - ABŞ-ın Konnektikut ştatında yerləşən arxeoloji ərazidir. Eramızdan əvvəl 2000-770-ci illərə aid artefaktları ilə arxeoloqları və alimləri çaşdırıb. Bu yer müxtəlif insanların yaşadığı yer olduğundan daşların üzərində müxtəlif dillərdən və simvollardan istifadə olunub.

Xanım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 İyun 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri