Icma.az
close
up
RU
Arzu Allahverdiyeva: “Mənəvi dəyərlər hər zaman qorunmalıdır”

Arzu Allahverdiyeva: “Mənəvi dəyərlər hər zaman qorunmalıdır”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Düz 10 yaşından şəxsən tanıdığım Arzu Allahverdiyevanın ömür yoluna 55 yaşı ərəfəsində nəzər salmalı oldum. Elmi-pedaqoji fəaliyyəti, işgüzarlığı ilə qaynar mühitdə öz yeri olan bu xanımı  oxucularımıza da tanıtmaq istəyirəm.

Ziyalı ailəsində dünyaya göz açan Arzu iki nəslə ilk nəvə sevinci bəxş edib.    O, həyatı anlayandan  evlərində kökə, milli adət-ənənələrə bağlılıq, elmə, təhsilə diqqət görüb. 7 yaşına çatanda 6 saylı orta məktəbin I sinfinə gedib. Əla oxuyub Məktəbi bitirəndə valideynləri onun həkim olmasını istəyiblər. Lakin Arzu öz qəlbinin istəyi ilə sənədlərini ADU-nin (BDU) şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə verib. Üçüncü kursda oxuyanda özündən iki kurs yuxarıda təhsil alan Azad Cəbrayılovla ailə həyatı qurub. Bir il sonra indi İsveçrədə yaşayan ilk övladları Nəriman dünyaya gəlir. Həmin dövrdə Azad Cəbrayılov təyinatla Liviyada hərbi sahədə tərcüməçi işləyirdi. Arzu xanım da universitetdən birillik məzuniyyət götürərək körpəsi ilə həyat yoldaşının yanına gedib. Bir qədər sonra Liviyada siyasi təbəddülatlar baş verdiyindən ailə vaxtından tez vətənə qayıdası olub. Arzu xanım təhsilini davam etdirib, diplom alıb və müxtəlif yerlərdə işləyib. Elmi işə maraq onu AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuna gətirib. Burada görkəmli akademik Gövhər Baxşəliyevanın rəhbərliyi altında “Ərəb-Üzrü poeziyası” mövzusunda elmi iş üzərində işləyib. Bu mövzuda yazdığı məqalələr elmi jurnallarda dərc olunub. Nəhayət, elmi işini müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 

Arzu xanım özünün daim işgüzarlıqda müşaiyət olunan fəaliyyətini başqa səmtə yönəldir. Respublikada ilk dəfə olaraq “Şəkər bala” adlı özəl bağçanın açılmasına nail olur. Əslində bu, uşaq  təhsilinə bir dəstək idi. Amerika proqramı ilə fəaliyyətə başlayan uşaq bağçasında bu gün də azərbaycançılıq ideyaları çox güclüdür. “Şəkər bala”da əsasən əcnəbi vətəndaşların uşaqları tərbiyə alsalar da, Azərbaycan ənənələrinə diqqət yüksək səviyyədədir. Azərbaycan himni hər gün oxunur. Azərbaycan dili qruplarında rus, ingilis dili keçirildiyi kimi, rus, ingilis qruplarında da Azərbaycan dili keçirilir, milli musiqi, milli rəqslər öyrədilir. Novruz və digər bayramlar yüksək səviyyədə qeyd olunur. 

Arzu Allahverdiyeva eyni zamanda son illər BDU-nun tarix fakültəsində ərəb dilini müvəffəqiyyətlə tədris edir. Pedaqoji fəaliyyətdən, gənclərlə işləməkdən xüsusi zövq alır. Amma xüsusi zövq aldığı işlərdən biri də qadınlarımızın təhsili problemləri, mədəni səviyyəsi ilə bağlı işlərdir. Mənəvi dəyərlərin qorunması və inkişafı mövzusunda keçirilən forumlara, konfranslara, seminarlara tez-tez qatılır. Çıxışlarında qadınların, anaların savadlı, təhsilli olmasına çox önəm verir. Ölkəmizin I Vitse prezidenti Mehriban xanım Əliyevanın bir dövlət rəsmisi,   bir ana, bir nənə olmasından sitatlar gətirir. Mehriban xanımın səyləri ilə Azərbaycan muğamını, aşıq sənətini, tar ifaçılığını, ənənəvi kəlağayı sənəti və simvolizmi, qadınlar üçün ipək baş örpəklərinin hazırlanması və geyinilməsi və s. Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya saldırmasından minnətdarlıqla söhbət açır.

Ötən il Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Dövlət Mədəniyyət Siyasətinin və Ənənəvi Mənəvi Dəyərlərinin Elmi-Metodiki Təminatı Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Ramazan Abdulatipovun dəvəti ilə Tacikistandakı forumda iştirak edib, fikirləri alqışlarla qarşılanıb. Rusiyada keçirilən tədbirlərdə də eləcə.

Arzu xanım  mənşəcə bizə yaxın olan  Orta Asiya xalqları ilə işbirliyi yaratmağa çalışır. Bu barədə Kiprdə keçirilən görüşdən sonra danışıqlar gedir, layihələr hazırlanır. İlk danışıqlar dost Özbəkistan Respublikası ilə aparılıb. Özbəkistanda İşgüzar Qadınlar Assosiasiyasının sədri Gülnora Mahmudova, Azərbaycandan Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Aynur Sabitova və Arzu Allahverdiyeva yaranan ittifaqın təsisçiləridir. Arzu xanım həm də ittifaqın sədridir. Belə ittifaqı Qazaxıstan Respublikası ilə də yaratmaq nəzərdə tutulub. 

Xalqlarımızın yaxınlaşması nə qədər  inkişaf amili olsa da, mənəvi dəyərlərin qorunub hifz olunması, sosial-ailə sabitliyi başlıca məqsəddir. Arzu xanımı   artan boşanmalar da narahat edir. Bunun da başlıca səbəblərindən birini mənəvi dəyərlərin unudulmasında görür. Qız uşaqları anaları, nənələri ilə mütləq dost olmalıdırlar. Qızların təhsildən uzaqlaşdırılıb erkən yaşlarından ərə verilməsi də boşanmanın başlıca səbəblərindəndir. Şükür ki, buna xeyli son qoyulub. 

Yazıda Arzu xanımla bağlı çox mətləblərə toxundum. Amma onun anası Zakirə Allahverdiyevadan da bəhs etmək istərdim. Zakirə xanım erkən yaşda, orta məktəbi bitirən ili ailə qurub. Lakin ali təhsil almaq istəyi onu tərk etməyib.   Boş vaxt tapan kimi kitablar oxuyub, ali məktəbə hazırlaşıb. Arzu qızı dünyaya gələndən sonra uşağı beşikdə və ya ayaqları üstə yırğalayaraq imtahanlara hazırlaşıb. Üç il sonra Xanəli adlı oğlu dünyaya gəlir. İki uşağın qayğısı, ev işləri onu fikrindən döndərə bilmir, hazırlaşmaqda davam edir. Nəhayət, illər sonra uşaqları məktəb yaşlı olanda arzusuna çatır. ADU-nun (BDU) jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. Elə həmin il Azərbaycan Televiziyasında işə düzəlir. Uzun müddət ədəbi-dram verilişləri baş redaksiyasında redaktor işləyir. Televiziyanın uşaq verilişlərinə bəzən övladlarını da aparır və verilişlərə çəkdirir. Uşaqlarda, xüsusilə Arzuda incəsənətə güclü maraq yaradır. 

Bir dəfə Rusiyanın telekanallarından çəkilişə uşaq istəyirlər. Televiziya rəhbərliyi Arzunu nəzərdə tutur. Lakin atası icazə vermir. Bununla da Arzunun incəsənətə olan marağı sönür. Həyatda heç nə əvəzsiz ötüşmür. Arzunun incəsənətə olan həvəsini qızı Təhminə həyata keçirir. Amerikada yaşayan, lakin ürəyi Azərbaycanla döyünən Təhminə Rafaella bu gün dünyanın məşhur kino ulduzlarındandır. Həmçinin ssenarist, rejissordur. Filmlərini ana dilində özü səsləndirir. “İçərişəhər”, “Qadın”, “Məryəm”, “Banu”, “Black list” filmləri onun adıyla bağlıdır. Azərbaycançılıq, mənəvi dəyərlərin qorunması, Qarabağ mövzusu filmlərinin ana xəttidir. Bu filmlər dünyanın bir sıra ölkələrində müxtəlif mükafatlara layiq görülüb.

Arzu xanım qızının uğurlarını genetik kodlarla bağlayır. Zakirə xanım ali məktəbə gec girsə də, tezliklə parlaya bilib. Şair olaraq 6 kitab müəllifidir. Şeirlərinə 20-dən artıq mahnı bəstələnib. “Tut ağacı”  onun mahnılarının vizit kartıdır. Rəssamdır. Əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilib.

Xeyirxahlıq, kökə bağlılıq, adət-ənənələri qoruyub saxlamaq bu ailənin canındadır. Arzu xanım ailələrinin bütün uğurlarını kökə bağlılıqda, adət-ənənəni yaşatmaqda görür.

İllərdir tanıdığım bu ailəni – Zakirə xanımı, eləcə də övladlarını mənə sevdirən, ölkəmizdə tanınmış bir ailənin üzvləri olaraq, hədsiz sadə və təvazökar olmaqlarıdır.

Sevda Əlibəyli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyul 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see120

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri