Icma.az
close
up
RU
Arzu Nağıyev: “Azərbaycan beynəlxalq hüququ və ədalət prinsiplərinə sadiqdir” Yeni Gündəm

Arzu Nağıyev: “Azərbaycan beynəlxalq hüququ və ədalət prinsiplərinə sadiqdir” Yeni Gündəm

Yenigundem saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan həm Cənubi Qafqazda, həm də daha geniş regionda geosiyasi və strateji mövqeyinə görə mühüm əhəmiyyətə malik aparıcı dövlətdir. Ölkəmizin dünya siyasətində öz mövqeyini möhkəmləndirməsi və nüfuzunu artırması gələcək inkişafımız üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın strateji ərazisindən beynəlxalq əhəmiyyətli logistik daşımaların keçməsi faktı ölkəmizin regionda təhlükəsizlik və sabitliyin təminindəki rolunu bir daha təsdiq edir.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

O qeyd edib ki, dövlətlərarası əlaqələrin genişlənməsi Azərbaycanın daxili və xarici siyasətində mühüm yer tutur. Beynəlxalq münasibətlər isə bərabərlik və ədalət prinsipləri əsasında qurulmalıdır.

“Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri suverenlik və müstəqilliyi qorumaq, xalqın rifahını təmin etməkdir. Əsas məqsədlərdən biri ölkəmizin daxili işlərinə müdaxilənin qarşısını almaq və istənilən birgə məsələləri razılaşdırılmış şəkildə həll etməkdir. Azərbaycan beynəlxalq hüququ və ədalət prinsiplərini müdafiə etməklə yanaşı, bu istiqamətdə dünyadakı proseslərdən dəstək alır. Bəzi beynəlxalq qurumların Azərbaycana qarşı addımlar ata biləcəyinə baxmayaraq, ayrı-ayrı dövlətlərlə qarşılıqlı münasibətlərimiz ən yüksək səviyyədədir”, – deyə deputat vurğulayıb.

Azərbaycanın strateji mövqeyinin onu regionda və dünyada əhəmiyyətli oyunçuya çevirdiyini diqqətə çatdıran deputat əlavə edib: “Asiya ilə Avropanı birləşdirən yollar Azərbaycan ərazisindən keçir. Bu mövqe yeni enerji marşrutlarının, nəqliyyat infrastrukturunun inkişafı və kəmərlərin çəkilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan müstəqil siyasət yürüdərək regionda sabitliyin təminində mühüm rol oynayır. Bu gün ölkəmiz xarici siyasəti müstəqil və dönməz olan dövlətlərdən biridir. Dünyada baş verən hadisələr də güclü olmağı tələb edir və Azərbaycanın strateji mövqeyi bu yeni dünya nizamında xüsusi yer tutur”.

Arzu Nağıyev vurğulayıb ki, Azərbaycan xarici siyasətində ədalət prinsiplərinə əsaslanaraq və öz geostrateji mövqeyindən istifadə edərək müstəqilliyini və ərazi bütövlüyünü qorumaqla mühüm aktora çevrilib. Belə ki, Azərbaycan müsəlman dövləti olaraq qeyri-müsəlman ölkələrlə multikulturalizm və tolerantlıq prinsiplərinə əsaslanan siyasət yürüdür. Prezident İlham Əliyev heç bir güc mərkəzindən asılı olmadan dövlətin maraqlarını qətiyyətlə qoruyur. Qərb və Avropa dövlətlərinin daha çox asılı olduğu bir şəraitdə Azərbaycan fərqlənir və nüfuzlu bir ölkə kimi qəbul edilir. Azərbaycanla eyni səviyyədə dialoq aparılır və ölkəmizə nəyisə diktə etmək mümkün deyil.

Deputat vurğulayıb ki, ölkənin inkişafında əsas məsələlərdən biri xalqın güclü siyasi liderə arxalanmasıdır. Prezident İlham Əliyev də xalqa arxalanaraq öz vəzifələrini yerinə yetirir. O, xalqın maraqlarını prioritet götürən lider kimi fəaliyyət göstərir. Beynəlxalq səviyyədə də Prezident İlham Əliyev ilə danışıqlar aparmağa böyük maraq var. Dünyada liderlər dəyişsə də, Azərbaycanın dövlətçilik, suverenlik və hər bir vətəndaşın rifahını təmin etmək prinsipi dəyişməz olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 14 Yanvar 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri