Arzum un qəzasında ölən Amal kim idi? Toyundan bir il sonra...
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ilin iyununda Mərdəkan qəsəbəsində baş verən və "TikTok" fenomeni "Arzum" ləqəbli İlduzə Hacıyevanın adı ilə gündəmə gələn ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən 1996-cı il təvəllüdlü Amal Məlikovun həyatı yenidən ictimai maraq doğurub.
"Yeni Sabah" xəbər verir ki, məhkəmə hökmündən sonra sosial şəbəkələrdə hadisə ilə bağlı müzakirələr yenidən intensivləşib. Müzakirələrin fonunda qəza zamanı həyatını itirən Amal Məlikovun kimliyi və həyatı ilə bağlı müxtəlif məlumatlar paylaşılır.
Araşdırmamız zamanı məlum olub ki, Amal Məlikov 2024-cü ildə Sənubər Muradova ilə ailə qurub. Cütlük nikahdan sonra tez-tez birlikdə xarici ölkələrə səyahət edib və həmin səfərlərdən görüntüləri sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüb. pizza mizza
Sosial şəbəkələrdə yayılan iddialara görə, Amal avtomobillərə böyük maraq göstərib, yüksək sürətlə idarəetməni sevib və bu mövzuda müxtəlif videolar paylaşıb. Onun "TikTok" hesabında avtomobillərlə bağlı çoxsaylı görüntülər yer alıb. Lakin hazırda həmin hesab aktiv deyil.
Xatırladaq ki, qəza 2025-ci ilin iyununda Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Hadisə zamanı Amal Məlikovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə 29 yaşlı sürücü aldığı xəsarətlərdən vəfat edib, avtomobildə olan həyat yoldaşı Sənubər Muradova isə müxtəlif bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı aparılan istintaq və məhkəmə araşdırması nəticəsində "Arzum" ləqəbli bloger İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə törədilmiş cinayətin ağır nəticələri, eləcə də zərərçəkmiş tərəflə barışığın əldə olunmaması nəzərə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:229
Bu xəbər 02 İyul 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















