Icma.az
close
up
RU
Arzumun məhkəmə zalında həbsi tələb olundu

Arzumun məhkəmə zalında həbsi tələb olundu

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İdarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda ittiham olunan tiktoker İlduzə Hacıyevanın (Arzum) məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi çıxış edib. 

Prokuror elan edib ki, cinayət işində göstərilən hallar məhkəmə istintaqı zamanı təsdiqini tapıb və təqsirləndirilən şəxsə verilmiş ittiham sübuta yetirilib. 

Bu əsasla Arzumun yol hərəkəti qaydalarını pozaraq ölümə səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib. O, hazırda azadlıqdadır. Prokuror qadının məhkəmə zalında həbs edilməsi tələbini də çıxışına əlavə edib. 

Vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

Qeyd edək ki, qəza ötən ilin yayında Mərdəkan qəsəbəsində baş verib. İttihamda yazılıb ki, Arzumun idarə etdiyi avtomobil qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə həmin maşında olan 29 yaşlı Anar Məlikov ölüb, həyat yoldaşı Sənubər Muradova isə xəsarət alıb.

Təqsirləndirilən tiktokerin əməlini ağırlaşdıran hal isə qəzanı törətdikdən sonra hadisə yerini tərk etməsidir. Məhkəmədə əsas mübahisə doğuran məqam da bu olub. Arzum hadisə yerindən uzaqlaşmasını özünü itirməsi və xəstəxanaya getməsi ilə izah etsə də, iş materiallarında onun getdiyi xəstəxananı bir neçə dəqiqə sonra tərk etdiyi göstərilib.

Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb, video ətrafında müxtəlif müzakirələr aparılıb.

Arzum bu hadisədən əvvəl Almaniyada yaşayıb, Azərbaycana qısamüddətli gəlibmiş. Hazırda onun övladları da həmin ölkədədir. Cinayət işi ilə bağlı özünün ölkə xaricinə çıxışına qadağa qoyulub.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 İyun 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri