Arzunu əlində tuta bilməzsən! Marina Svetayeva
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Kulis.az Marina Svetayevanın şeirini Məhəmməd Nurinin tərcüməsində təqdim edir.
Yüngülcə uçarkən qar dənəciyi,
Parlaq bir ulduztək axdığı yerdə,
Toxunsan, əriyər göz yaşı kimi,
Qayıtmaz əvvəlki şuxluğu bir də.
Biz tutmaq istərik tərslik edərək
Şəffaf meduzanı sevib könüldən.
O isə zəncirə düşmüş əsirtək
Soluxar qəfildən, ölər qəfildən.
Xəyal yox, gerçəklik sanmaq istəsək
Uçuşan o səyyar kəpənəkləri,
Hanı libasları? Barmağımızda
Onlardan sübh rəngli toz qalar geri!
Qoy uçsun kəpənək, qar dənəciyi,
Boğma meduzanı qumlar üstə sən!
Arzunu əlinlə qapmaq imkansız,
Arzunu əlində tuta bilməzsən!
Baxış sayı:147
Bu xəbər 05 May 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















