Icma.az
close
up
RU
“Arzuxan Əlizadə etimadı doğruldur” AMİP dən açıqlama

“Arzuxan Əlizadə etimadı doğruldur” AMİP dən açıqlama

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə sosial şəbəkə üzərindən hədəf alınıb. 

Onun oğlu Əhməd Əlizadə ilə bağlı baş verən məlum hadisədən sonra deputat və rəhbəri olduğu partiya hədəf alınıb, ona qarşı qarayaxma kampaniyası aparılır. 

Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə ilə bağlı baş verən hadisənin bəhanə edilərək deputatın özünə və rəhbərlik etdiyi partiyaya qarşı qarayaxma kampaniyasının aparılması yolverilməz yanaşmadır. Hər hansı hadisəyə münasibət bildirərkən emosiyalara deyil, hüquqi prinsiplərə, obyektivliyə və ədalət meyarlarına əsaslanmaq vacibdir. 

Hüquqi dövlətin əsas prinsiplərindən biri fərdi məsuliyyət prinsipidir. Hər bir şəxs öz hərəkətlərinə görə qanun qarşısında fərdi qaydada məsuliyyət daşıyır. Ailə üzvlərinin hərəkətlərinə görə başqa bir şəxsin, xüsusilə də ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxsin avtomatik şəkildə məsul tutulması hüquqi və mənəvi baxımdan düzgün yanaşma sayıla bilməz. 

İnsan hüquqları və demokratik dəyərlər baxımından da hər kəsin ləyaqətinə, nüfuzuna və hüquqlarına hörmət edilməlidir. Araşdırılmamış məlumatlar, birtərəfli iddialar və emosional ittihamlar əsasında ictimai rəy formalaşdırmaq obyektivlik prinsipinə ziddir. 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan AMİP liderinin köməkçisi Əli Orucov deyib ki, bir neçə gün öncə Bakının Xətai rayonunda yerləşən kafelərin birində ölmülə nəticələnən cinayət hadisəsi zamanı oğlu Əhməd Əlizadənin həmin vaxt orda olmasınadan sui-istifadə edərək Arzuxan Əlizadəyə qarşı bəzi çevrələrin məqsədli şəkildə qarayaxma kampaniyası aparması qəbuledilməzdir:

“Baş verən kriminalda ölən və öldürənlər bəllidir. Hadisənin digər iştirakçıları haqqında da həbs qətimkan tədbiri tətbiq edilib və istintaq orqanları da cinayət işinin obyektiv, hərtərfli araşdıracağına da şübhə etmirəm. Təbii ki, buna məhkəmə də yekun olaraq öz hüquqi qiymətini verəcək. Lakin törədilmiş cinayət əməli ətrafında spekulyasiyalar etmək, bir çox hallarda bilərəkdən təhrif olunmuş məlumatları yaymaq istintaqın gedişinə də mənfi təsirini göstərməyə bilməz. 

Arzuxan Əlizadənin AMİP sədri və Milli Məclisin deputatı kimi tutduğu postların hər biri seçkilidir, ona yüksək etimad göstərilib, o, həmin etimadı da doğrultmaqdadır”. 

Vilayət Muxtar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Oktyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri