Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub. Yerli KİV-lərin əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur. Sözügedən şəxs “Yeraz Əhməd” ləqəbi ilə tanınan Əhməd Əlizadədir.
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Arzuxan Əlizadənin AMİP-də müşaviri olan Əli Orucov bildirib ki, deputatın oğlu Əhmədin belə bir əməl törədəcəyi inandırıcı deyil: Pepperoni pizza
“Arzuxan müəllimin hər iki oğlunu tanıyıram. Həm Orxanı, həm də Əhmədi. Hər ikisi mərifətli, qanacaqlı və təhsilli oğlanlardır. Mən hesab etmirəm ki, Əhməd belə bir əməl törətsin. Orxan Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə şirkətlərin birində işləyir. Əhmədi yaxından tanıyıram. Davakar və qalmqallı əməl törədəcəyini düşünmürəm. Elə oğlan deyil. Tərbiyəli və sakit təbiətli oğlandır”.
Qeyd edək ki, deputat Arzuxan Əlizadə ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Oktyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















