ASA: Sədərəkdə yanğınla bağlı sığorta şirkətlərinə heç bir müraciət daxil olmayıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda şiddətli yanğın hadisəsi baş vermişdir. Hadisə ciddi zərərlə nəticələnmişdir. Təəssüflə qeyd etmək istəyirik ki, məhz bu kimi hadisələr sığorta xidmətlərinin vacibliyini bir daha ön plana çıxarır.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib.
Bildirmək istəyirik ki, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən sözügedən hadisə ilə bağlı müvafiq olaraq ölkəmizdə fəaliyyət göstərən 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanmışdır. Əldə etdiyimiz və bu günə olan rəsmi məlumatlara görə, hadisə ilə bağlı sığorta şirkətlərinə heç bir əmlak sahib(lər)i tərəfindən hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki, bu kimi hadisələrin zərərlərini ölkəmizdə tətbiq olunan Daşınmaz əmlak icbari sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növ və məhsulları ilə hadisə baş vermədən əvvəl sığortalanaraq təminat altına almaq mümkündür. Əlavə olaraq onu da vurğulamalıyıq ki, bütün əmlaklarda, ələlxüsus da, bu kimi böyük ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını, qarşısıalınma tədbirlərinə riayət edilməsini və baş verə biləcək hər cür bədbəxt hadisələrlə bağlı priventiv addımların atılmalı olduğunu tövsiyə edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 Avqust 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















