Icma.az
close
up
RU
Aşağı keyfiyyətli süd məhsulları hansılardır? Mütəxəssis AÇIQLADI

Aşağı keyfiyyətli süd məhsulları hansılardır? Mütəxəssis AÇIQLADI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Süd və süd məhsulları yüksək zülal tərkibli heyvan mənşəli qidalar olduqları və tez xarab olmağa meylli olduqları üçün yüksək risk qrupuna aid edilən qidalar sırasındadır. Bu məhsulların saxlanılma şəraiti və temperaturuna mütləq şəkildə əməl olunmalı, onlar müsbət 2-dən 6 dərəcəyə qədər temperaturda saxlanılmalıdır. Daşınma, satış və hətta evə gətirilmə zamanı "soyuq zəncir" prinsipi qorunmalı, bu zəncirin pozulduğu hallarda həmin məhsulların alınması tövsiyə edilməməlidir".

Bunu Redaktor.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi.

Müsahibimizin sözlərinə görə, məhsulu alarkən üzərində istehsalçı şirkətin adı, ünvanı, mənşə ölkəsi, keyfiyyət və dövlət nəzarətindən keçdiyini təsdiqləyən uyğunluq sertifikatı mütləq olmalıdır:

"Qeyd etmək lazımdır ki, saxlama müddəti həddindən artıq uzun olan məhsullarda konservant olma ehtimalı daha yüksəkdir, çünki təbii və konservantsız məhsullar növündən asılı olaraq adətən 3-10 gün ərzində yararlı qalır. Eyni zamanda, keyfiyyətsiz xammaldan istifadə və sanitariya-gigiyena qaydalarına əməl olunmaması məhsulu riskli hala gətirən amillərdəndir. Qablaşdırmanın bütövlüyü tam qorunmalı, üzərindəki yazılar aydın oxunmalı və tərkiblə bağlı ətraflı məlumatlar göstərilməlidir".

Mütəxəssis vurğuladı ki, tərkibində süd əvəzedicisi, bitki yağı, stabilizator və çox sayda "E" kodları olan məhsullar aşağı keyfiyyətli hesab olunur.

"Digər tərəfdən, məhsullar mütləq baytarlıq nəzarətindən keçmiş heyvanlardan əldə edilməlidir. Çünki profilaktik tədbirlər zamanı istifadə olunan dərman qalıqları insanlarda immunitetin zəifləməsinə, həzm sisteminin pozulmasına və allergik reaksiyalara səbəb ola bilər. Açıq şəkildə satılan, etiketsiz və mənşəyi bəlli olmayan süd məhsullarının alınması sağlamlıq baxımından təhlükəlidir. Həddindən artıq ucuz qiymət məhsulun keyfiyyəti ilə bağlı şübhələr yaradır. Əgər məhsulun dadında və qoxusunda kənar, turşumuş və ya kəskin bir hiss varsa, rəngində qeyri-təbii parlaqlıq, matlıq və ya yapışqanlıq müşahidə olunursa, belə məhsullardan uzaq durmaq lazımdır. İstər yerli, istərsə də xarici məhsul alarkən bu məqamlara diqqət yetirmək gələcəkdə yarana biləcək sağlamlıq problemlərinin qarşısını almaq üçün vacibdir", - deyə Məhsəti Hüseynova vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Aprel 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri