Icma.az
close
up
RU
Aşağı liqalarda qarışıq durum son tur həlledici olacaq

Aşağı liqalarda qarışıq durum son tur həlledici olacaq

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan I Liqasında mövsümün bitməsinə bir tur qalıb.

“Futbolpress.az“ın məlumatına görə, çempion artıq bəllidir – “Qəbələ”. “Qırmızı-qaralar” iki tur öncədən qızıl medalları rəsmiləşdirib. “Üçlüy”ü təmin edən digər kollektivlər “İmişli” və “Karvan” isə gümüş medallar uğrunda mübarizə aparır.

İkinci pillənin taleyi bu turda həll oluna bilərdi, ancaq həm “İmişli”nin, həm də “Karvan”ın xal itirməsi hər şeyi son tura saxladı. İndiki məqamda “İmişli” daha üstün tərəfdir. İkinci pillədə yer alan bölgə təmsilçisi “Karvan”ı 2 xal qabaqlayır. Sonuncu turda “İmişli” “Difai”nin qonağı olacaq. “Difai” isə liqada qalmaq mübarizəsi aparır.

I Liqada əsas rəqabət son sıralarda gedir. Bitimə bir həftə qalmış “Qaradağ Lökbatan” 23 xalla sonuncudur. “Difai” və “Cəbrayıl” isə hərəyə 26 xalla müvafiq olaraq 9 və 8-ci pillədə qərarlaşıb. 7-ci sıradakı “Baku Sportinq”in isə 27 xalı var.

AFFA İcraiyyə Komitəsinin qərarına görə, I Liqada sonuncu yeri tutan komanda yeni mövsümdə II Liqada mübarizə aparacaq. 9-cu pillənin sahibi isə II Liqada 4-cü yeri tutan komanda ilə neytral meydanda bir oyundan ibarət pley-off matçı oynayacaq, qalib isə I Liqaya yüksələcək. Hazırda II Liqada 4-cü pilləyə “Hypers Guba” və “Şəmkir” iddia edir. Birincilərin 48, ikincilərin 47 xalı var. Son turda “Hypers Guba” “Araz Saatlı”nın qonağı olacaq, “Şəmkir” isə “Sheki City”ni qəbul edəcək. “Hypers Guba” qələbə qazanacağı halda, I Liqaya vəsiqə uğrunda pley-off oynayacaq.

I və II Liqada son sıralarda ciddi mübarizə gedir. Hər iki yarışda sonuncuların taleyi son turda həll olunacaq. II Liqada keçiriləcək “Füzuli” – “Lerik” oyununda meydan sahibləri qələbə qazana bilməzsə, Region Liqasına düşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 May 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri