Icma.az
close
up
RU
Aşağı Oratağda yeni həyat canlanır

Aşağı Oratağda yeni həyat canlanır

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Aşağı Oratağ kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri zamanı Azərbaycanın nəzarətinə keçdikdən sonra evlərin bərpası və sosial infrastrukturun qurulması istiqamətində işlər görülüb. Burada artıq 31 ailə olmaqla, 119 nəfər məskunlaşıb.

Uzun illərin köçkünlük həyatından sonra doğma yurda qayıdan ailələrdən biri də Məmmədovlardır. Ailə başçısı Həsrət Məmmədov ötən 33 il ərzində Vətən nisgili ilə yaşadıqlarını bildirib: “Ağdərə rayonundan köçkün düşüb 33 il Bərdə rayonunda məskunlaşdıq. Bərdəlilər bizə ata-ana kimi, qardaş kimi qucaq açdılar. Amma bizim ürəyimizdə həmişə bir Qarabağ nisgili, Vətən nisgili var idi. Şükür bu günlərə ki, bu nisgil, bu həsrət sona çatdı, biz yenidən öz yurdumuza – Ağdərəmizə qayıtdıq”.

Həsrət Məmmədov doğma yurda qayıtmağın həm kövrəldici, həm də qürurverici olduğunu deyib: “Biz gedəndə ailə üzvlərimizin sayı 10 nəfər idi. Bu gün hərəmiz bir ailəyik. Atamız rəhmətə gedib. O da istəyirdi ki, yurdumuza, obamıza qayıtsın. Allahın bu gününə şükür. Bu gün yurdumuza şad-xürrəm gəlmişik. Həm kövrəldicidir, həm qürurvericidir. Bu hissi bizə yaşadan Prezidentimizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, dərin təşəkkürümü bildirirəm. Şəhidlərimizin, qazilərimizin qanı bahasına torpaqlarımız azad olundu. Mən şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah qazilərimizi, veteranlarımızı qorusun”.
Ailənin xanımı Aytəkin Məmmədova də kəndə qayıtmaqlarının, burada başlayan yeni həyatın sevincini bölüşüb: “Ailə üzvlərimiz dörd nəfərdir. Övladlarımız ali təhsil aldıqları üçün köçdə iştirak etmədilər. Amma biz onlarla öz ata-baba yurdlarına gəlmişik. Buranı görüblər və arzuları odur ki, təhsillərini başa vurduqdan sonra ata-baba yurdlarında işlə təmin olunsunlar. Burada çalışsınlar, Vətənimiz üçün, xalqımız üçün yararlı övlad olsunlar. Bəli, artıq doğma torpaqlarda yeni həyatımız başlayır. Bu günə şükürlər olsun. Yaradılan şəraitə görə Prezidentimizə, dövlətimizə təşəkkür edirəm”.


Məmmədovlar ailəsinə doğma yurdlarında, yeni evlərində xoş günlər arzulayıb ayrılırıq.
Beləliklə, Aşağı Oratağ kəndinə qayıdan hər bir ailə kimi, Məmmədovlar ailəsinin də sevinci Qarabağda həyatın bərpasının bariz nümunəsidir. Doğma torpaqlara dönüş həm də illərlə qəlblərdə yaşadılan ümidlərin, arzuların gerçəkləşməsidir.

AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri