Icma.az
close
up
RU
“Aşağı siniflərdə geyimlə bağlı təhlükə daha böyükdür...”

“Aşağı siniflərdə geyimlə bağlı təhlükə daha böyükdür...”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”.

Bu məsəl heç də təsadüf nəticəsində ortaya çıxmayıb. Çünki geyim tərzi əksər hallarda insanın xarakteri, dünya görüşü ilə bağlı bir çox məqamları ilk baxışda üzə çıxarır. 

Geyim üslubu isə heç də birdən-birə formalaşmır, insanın uşaq yaşlarından mənəvi-psixoloji vəziyyətinə uyğun təkamül prosesi keçir. Uşağın mənəvi-psixoloji inkişafında isə iki mühit – ailə və məktəb əsas rol oynayır.

Məktəblərdə vahid geyim kodeksinin önəmi

Uzun illərdir Azərbaycanda məktəblərdə vahid geyim formaları tətbiq olunur. Bu qərarın verilməsi isə iki əsas faktorla - sosial bərabərlik və uşaqların dərslərinə fokuslanması ilə birbaşa bağlı idi. Çünki şagirdlər məktəbdə yoldaşlarının paltarlarına deyil, təlim-tərbiyəyə diqqət yetirməlidirlər. O cümlədən, məktəbə hazırlaşan şagird “hansı paltarı geyinib gedəcəm” sualının cavabını deyil, ev tapşırıqlarını düşünməlidir.

Ancaq təəssüflər olsun ki, son dövrlərdə məktəblərdə geyim kodeksinin ciddi şəkildə pozulması halları müşahidə olunur. İstər oğlanlarda, istərsə də qızlarda...

Təsir mexanizmi necə işləyir?

Bu gün əsasən yuxarı siniflərdə oxuyan oğlanların xarici görünüşünə nəzər saldıqda sözügedən mənzərə daha aydın görünür: Eyni saç, eyni saqqal, eyni geyimlər... Sanki hamısı eyni stilistin “əl işi”dir.

Ancaq bunu edən stilistlər deyil, daha çox sosial şəbəkələrdə gördükləri, “qəhrəman”laşdırdıqları obrazlardır. Təəssüf ki, onlar üçün qəhrəmana çevrilənlər çox vaxt alimlər, bayrağımızı göylərə ucaldan idmançılar yox, kriminal aləmin ünsürləri olur.

Bunun nəticəsidir ki, yuxarı siniflərdə təhsil alan məktəbli oğlanların çoxu az qala gözlərini örtən “çolka”ları, qısa şalvarları ilə önə çıxmağa, diqqət çəkməyə çalışırlar. Sanki hansının şalvarı daha qısa, “çolka”sı daha uzundur deyə yarışa çıxıblar. Bunun üzərinə əllərindəki təsbehlə damaqlarındakı siqareti də əlavə edəndə çoxumuzun gündəlik rast gəldiyi obraz meydana gəlir. 

Üstəlik, onlar məktəbli formalarını da öz üslublarına uyğunlaşdırır, şalvarı qısaldıb köynəyi daraldırlar. Gözlərini belə örtən saç düzümlərinə baxanda isə ağıla bir sual gəlir: onlar müəllimi, löhvəni, yaxud heç olmasa, qarşılarındakı kitabı görə bilirlərmi? 

Məktəbli qızlarda da vəziyyət ürəkaçan deyil...

Məktəbli qızlarda da geyim kodeksinin pozulması baxımından vəziyyət oğlanlardan heç də geri qalmır. Təəssüflər olsun ki, oğlanlardan fərqli olaraq, qızlarda bu vəziyyət daha çox aşağı siniflərdə üzə çıxır. Xüsusilə də, niqablı, hicablı ibtidai sinif şagirdlərinin sayı gün keçdikcə daha da artır. Onların mütləq əksəriyyəti isə təhsili başa vurmadan məktəbdən ayrılırlar.

Təbii ki, bu məsələdə oğlanlar və qızlar arasında bir önəmli fərq də var. Oğlanlar daha çox sosial şəbəkələrdə, küçədə gördüklərini yamsılamağa çalışırsa, qızlar ailələrinin məcburiyyəti ilə niqab, hicab taxırlar.

Ağır nəticələr, acı təcrübə

Hər iki hal məktəblərdə geyim kodeksinin kobud şəkildə pozulmasıdır. Bu vəziyyət həm də şagirdlərin təhsil hüququnun pozulmasına, tədrisdən yayınmasına gətirib çıxarır. 

Çünki məktəblilər nə əqli, nə də psixoloji cəhətdən hələ yetkinlik yaşına çatmayıblar. Buna görə də xarici təsirlərə daha asan məruz qalır, özlərini başqalarına bənzətməyə çalışırlar. Xüsusilə də mənfi tendensiyalar onlara daha cəlbedici görünür.

Sinifdə, məktəbdə “çolka”lı, qısa şalvarlı yoldaşlarını görən digər oğlanlar da bunun trend, moda olduğunu düşünür, oxşar tərzdə geyinməyə çalışırlar. Aşağı sinif şagirdlərinin yuxarı siniflərdə oxuyanlara, yuxarı siniflərin də küçədə, sosial şəbəkələrdə gördükləri obrazlara bənzəmək istəyi bugünkü mənzərənin yaranmasına gətirib çıxarır.

Aşağı siniflərdə isə təhlükə daha böyükdür... 

Çünki onlar dünyanı, sosial həyatı hələ yeni kəşf edirlər. 

Bir anlıq təsəvvür edək: məktəbli formasına tam riayət edərək dərsə gələn qızlar bəzi sinif yoldaşlarının hicab, niqab taxdığını, yəni tam fərqli görkəmdə olduğunu görürlər. İstər-istəməz suallar yaranır: həmin sinif yoldaşları niyə fərqlidir? Nə üçün onlardan tamamilə fərqli formada geyinib?

Bu sualların cavabını isə həmin şagirddən soruşurlar. Ailədə məruz qaldığı radikal dini təsirlərlə böyüyən həmin niqablı, hicablı qız da valideynlərindən öyrəndiyini sinif yoldaşlarına aşılayır. Beləcə onlarda da bu cür təhlükəli cərəyanlara maraq yaranır.

Son nəticədə bu cür oğlanlar dərsləri ilə maraqlanmaq, diqqətlərini tədrislərinə, gələcəklərinə yönəltmək yerinə kriminal aləmə, qızlar isə radikalizmə meyil edirlər.

Hər iki tendensiya daha təhlükəli nəticələr də doğurur. 

Bunu ötən illərin təcrübəsi aydın şəkildə göstərir. Bu cür oğlanlar öz seçdikləri “qəhrəman”ların yolunu gedib, bir çox hallarda narkotikə qurşandılar, cinayətkara çevrildilər. Sonrakı dayanacaqları isə həbsxana oldu.

Qızlardan bəziləri isə radikal-ekstremist cərəyanlara qoşulub, Suriyaya, İraqa yollandılar. Onların çoxunun ölüb-qaldığından xəbər belə yoxdur. Çox az hissəsi isə Azərbaycan dövlətinin səyləri nəticəsində illərlə davam edən işgəncədən, zülmdən sonra Vətənə qayıda bildilər. Orada yaşadıqları dəhşətləri isə yəqin ki, ömür boyu unutmayacaqlar...

Valideyn məsuliyyəti

Ona görə də qeyd olunan faciəvi nəticələrin sonradan üzə çıxmaması üçün preventiv tədbirlər məhz ailədən, məktəbdən başlamalıdır. İlk növbədə valideynlər övladlarına hər zaman diqqət ayırmalı, onların düşüncələri ilə tanış olmalıdır. Əgər onları maraqlandıran sual varsa, bunun cavabını sualı ortaya çıxaranlar deyil, valideynlər verməlidir.

Çünki oğul narkoman, cinayətkar olursa, bunun ilk günahkarı ata, qız isə radikallara qoşulub qurban olursa, səbəbkarı ana olur. Sonradan ömür boyu peşman olacaqları halın baş verməsini istəmirlərsə, valideynlər uşaqlarının məktəbə ayaq basdığı ilk gündən məsuliyyətlərini dərk etməlidirlər.

Məktəb rəhbərliyinin, müəllimlərin vəzifə borcu

Məktəb rəhbərliyinin, müəllimlərin işi sadəcə 45 dəqiqə dərs keçib getməkdən, jurnal yazıb, sənəd doldurmaqdan ibarət deyil. Onların birinci, ən önəmli vəzifəsi layiqli, cəmiyyətə faydalı insan yetişdirməkdir. 

Tədris, tərbiyə prosesi də ilk növbədə geyimdən başlayır. “Təhsil haqqında” qanuna, eyni zamanda, Nazirlər Kabinetinin təsdiqlədiyi “Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”nə əsasən, geyim forması məktəblərin ali orqanı, yəni Pedaqoji Şura tərəfindən müzakirə olunur və müəyyən edilir. Buna nəzarət etmək də məktəb rəhbərliyinin, müəllimlərin vəzifəsi, vətəndaşlıq borcudur.

Bu günün işini sabaha qoymaq olmaz...

Bütün qeyd olunanlar bir daha göstərir ki, məktəbdə geyim məsələsi sadəcə zahiri görünüşlə bağlı texniki detal deyil, tərbiyə və təhlükəsizlik məsələsidir. Məktəbli geyimi şagirdin kimliyini, aidiyyət hissini formalaşdırır, onu yad və təhlükəli təsirlərdən qoruyan ilk vizual sərhəd rolunu oynayır. Bu sərhəd pozulduqda isə boşluq yaranır və həmin boşluq çox vaxt ya kriminal “qəhrəmanlar”, ya da radikal ideologiyalar tərəfindən doldurulur.

Məhz buna görə də məktəblər şagirdlərin geyim kodeksinə formal yox, prinsipial və ardıcıl şəkildə nəzarət etməlidirlər. 

Qaydalar kağız üzərində qalmamalı, hər gün, hər sinifdə, hər şagird üçün eyni ciddiliklə tətbiq olunmalıdır. 

Çünki geyim kodeksinə nəzarət kiminsə azadlığını məhdudlaşdırmaq deyil, əksinə Azərbaycan Konstitusiyasında təsbit olunan dünyəviliyin qorunmasıdır. 

Müəllimlər, məktəb rəhbərliyi isə unutmamalıdır: uşaqları vaxtında təhlükəli seçimlərdən qorumaq onların vəzifə, insanlıq, vətəndaşlıq borcudur.

Bizim.Media-nın baş redaktoru Anar Tahirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri