ASAN könüllülərinin “Bilik Karvanı” aksiyası davam edir
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” aksiyası davam edir.
Newscenter.az xəbər verir ki, “BRAVO” marketlər şəbəkəsi ilə birgə əməkdaşlıqla baş tutan və 15 Sentyabr - Bilik Gününə həsr olunan aksiyada vətəndaşların dəstəyi ilə 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.
10 sentyabr tarixinədək davam edəcək aksiyada vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilirlər.
Layihə boyunca Azərbaycanın bir çox bölgəsində 200-dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 11000-dən çox uşağın arzusu reallaşdırılıb.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:ASAN könüllülərinin “Bilik Karvanı” aksiyasına start verilib
05 Avqust 2025 15:41
“Bilik Karvanı” aksiyası başladı FOTO
05 Avqust 2025 17:05
ASAN Könüllüləri növbəti dəfə Bilik Karvanı layihəsini reallaşdırdılar FOTO
15 Sentyabr 2025 16:11
“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir FOTOLAR
26 May 2025 18:10
ChatGPT bilik mənbəyi, yoxsa asan yol ? EKSPERT DANIŞDI
21 Yanvar 2026 15:08
Baxış sayı:74
Bu xəbər 19 Avqust 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















