ASAN xidmət və ASAN kommunal mərkəzləri neçə gün işləməyəcək? Açıqlama
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrIN 8, 9 və 10-u bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Mia.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) məlumat yayıb.
Bildirilib ki, 11 noyabr tarixindən vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN xidmət” mərkəzləri istisna olmaqla (14 noyabr tarixinədək) digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
11, 12 və 13 noyabr tarixlərinə hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















