“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək I FOTO
Icma.az, Azvision saytına istinadən bildirir.
Görüş zamanı Efiopiya tərəfi “ASAN xidmət” təcrübəsi əsasında qurulan “MESOB” mərkəzinin formalaşmasında göstərilən dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib. Ölkəmizin qabaqcıl təcrübəsi əsasında burada fəaliyyət göstərən dövlət xidmətləri mərkəzlərinin sayının daha da artırılacağı diqqətə çatdırılıb.
Dövlət Agentliyinin sədri “MESOB” dövlət xidmətləri mərkəzinin fəaliyyətinin vətəndaşların yüksək etimadını qazanacağına əminliyini ifadə edib və növbəti mərkəzlərin yaradılması zamanı Efiopiya tərəfinə dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.
Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə Afrika İttifaqı Komissiyası sədrinin müavini Selma Haddadi arasında da görüş keçirilib. Qarşı tərəfə “ASAN xidmət”, eləcə də dövlət xidmətlərinin göstərilməsi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən müxtəlif innovativ layihələr barədə təqdimat edilib.
Afrika İttifaqı Komissiyasının nümayəndəsi öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib. O, bu təcrübənin İttifaqa üzv dövlətlərlə paylaşılması istiqamətində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Dövlət Agentliyinin sədri Efiopiyanın Süni İntellekt İnstitutunun rəhbəri, həmçinin İnvestiya Komissiyasının rəhbəri ilə də görüşüb. Görüşlər çərçivəsində dövlət xidmətləri sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:“ASAN xidmət” brendi Afrikada
24 İyun 2025 10:46
ASAN xidmət Afrikada beynəlxalq forum təşkil edib FOTOLAR
24 İyun 2025 10:52
ASAN xidmət in Pakistanda tətbiqi müzakirə olunub
03 Mart 2025 16:51
BMT “ASAN xidmət”i təşviq edəcək FOTO
26 Noyabr 2024 10:27
“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir FOTO
18 Noyabr 2025 14:29
Baxış sayı:145
Bu xəbər 23 İyun 2025 12:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları