Icma.az
close
up
RU
“ASAN xidmət”in nümayəndə heyəti IV Beynəlxalq Hüquq Forumunda

“ASAN xidmət”in nümayəndə heyəti IV Beynəlxalq Hüquq Forumunda

Icma.az bildirir, Azvision portalına istinadən.

800-dən artıq iştirakçının qatıldığı forum çərçivəsində 20-dən çox sessiya təşkil olunub.

Ceyhun Salmanov dövlət xidmətlərinə həsr olunan panel sessiyada “ASAN xidmət” modeli və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. İnnovativ idarəetmə, vətəndaş məmnunluğu, şəffaflıq və əlçatanlıq prinsiplərinə əsaslanan “ASAN xidmət” təcrübəsi beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyi arasında ikitərəfli görüş keçirilib. Görüşdə 2019-cu ildə imzalanmış “Özbəkistan Respublikasında Dövlət Xidmətləri Mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu”nun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 23 avqust tarixində Daşkənd şəhərinə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.

Dövlət xidmətləri sahəsində data idarəetməsi və süni intellekt texnologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, həmçinin Özbəkistan Ədliyyə Nazirliyinin nümayəndələri üçün “ASAN xidmət” mərkəzlərində müvafiq sahə üzrə təlimlərin təşkili ilə bağlı razılıq əldə olunub.

Forum çərçivəsində həmçinin “Alibaba” şirkəti və “Oxford Insights” təşkilatının nümayəndələri ilə görüşlər keçirilib, innovasiya və rəqəmsal texnologiyalar sahəsində mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 İyun 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri