ASCO nun “Professor Gül” gəmi bərəsi təmirdən sonra istismara qaytarılıb
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Professor Gül” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
Gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər görülüb.
Gəmidə nasaz vəziyyətdə olan rabitə və elektroradionaviqasiya avadanlıqları da yenilənib. Həmçinin gəmi-bərədə müasir tip “Inmarsat-C” peyk rabitə terminalları, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AIS), radiolokasiya stansiyası, girokompas quraşdırılıb.
Təmir işləri başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb.
Uzunluğu 154,5 metr, eni 18,3 metr olan “Professor Gül” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 12 Mart 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















