ASGA “AzeArt” adlı mobil tətbiq YARADACAQ Yeni Çağ Media
Icma.az, Yenicag saytına istinadən bildirir.
Bu barədə saytımıza açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib.
S.Abbasov bu layihənin sözügedən sahədə ilk dəfə olaraq reallaşdığını deyib: “”AzeArt” Mobil tətbiqin yaradılması mədəniyyət sahəsinin təbliği baxımından olduqca zəruridir.
Bu layihə ölkədə bir ilkdir və yerli əhalidən əlavə xarici turistlər üçün də cəlbedici olacaqdır.
Bu layihə daha çox mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər istiqamətərinə uyğundur. Layihə çərçivəsində 2 dildə hazırlanacaq mobil tətbiqin bir ilk olacağını nəzərə alsaq qısa zamanda onlarla insan tərəfindən yüklənəcəkdir.
Bundan başqa ölkəmizə gələn turistlər üçün bu tətbiq əvəzolunmaz alət kimi istifadə ediləcəkdir. Layihəmizi dəstklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik.
Üç aylıq layihə çərçivəsində hazırlanacaq tətbiqin həm Bakıda, həmdə Mingəçevirdə geniş təqdimatı keçiriləcəkdir.
Ümid edirəm yaradacağımız tətbiq olduqca faydalı və əhəmiyyətli olacaqdır.”/7news.az
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Yanvar 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















