Asif Əliyev: Neftçi Sabah matçında heç heçə olacağını düşünürəm
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Asif Əliyev deyib.
O, komandaların şanslarını dəyərləndirib:
"Futboldur, hər şey ola bilər. Lakin bu oyunda heç-heçə olacağını düşünürəm. "Neftçi" evdə yaxşı oynayır, "Sabah" da güclü komandadır. Oktyabrın 13-də Çempionlar Liqasında da matçları var, ola bilsin, bütün güclərini meydana qoymasınlar. Hər iki komandanın şansı var. Hansısa tərəfin qalib gələcəyini əminliklə demək mümkün deyil".
A.Əliyev "Neftçi"nin mövcud durumundan söz açıb:
"Komandanın çıxışı pis deyil, heyəti normaldır. Yalnız müdafiədə bir az problemlər var. "Sabah" isə hücumda çox güclüdür. Məncə, "Neftçi" müdafiəyəmeyilli oyun nümayiş etdirəcək, bəlkə də 5-4-1 sxeminə üstünlük verəcək. Əsas məqsəd xal qazanmaq olmalıdır".
Qeyd edək ki, "Neftçi" - "Sabah" matçı bu gün "Palms Sports Arena"da, saat 19:30-da başlanacaq. "Neftçi" 15 xalla birinci, eyni xala malik "Sabah" isə ikinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Oktyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















