Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaşlarla görüşdü FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Millət vəkili Asif Əsgərov şəhid Məmmədov Vüsalın ailəsini ziyarət edib. Ziyarət zamanı şəhidimizin ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və problemləri ilə yaxından maraqlanılıb.
"Unikal" xəbər verir ki, görüşdə Vüsal Məmmədovun Vətən uğrunda keçdiyi şərəfli döyüş yolu, göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri bir daha ehtiramla xatırlanıb. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların ailələri isə hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Daha sonra Çobankol kəndində vətəndaş qəbulu keçirilib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi və bələdiyyə sədri də iştirak ediblər. Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib,millət vəkilinin səlahiyyəti dairəsinə aid olan bəzi məsələlər yerində həll edilib, aidiyyəti olmayan müraciətlər isə müvafiq qurumlara yönləndirilərək nəzarətə götürülüb. Bildirilib ki, vətəndaşların problemlərinin operativ və obyektiv şəkildə həlli hər zaman fəaliyyətin əsas prioritetlərindəndir.
Qəbulun sonunda edilmiş müraciətlər əsasında aztəminatlı ailələrə maddi yardım göstərilib. Həm şəhid ailəsi, həm də vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Yanvar 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















