Icma.az
close
up
RU
Asif Əsgərov Zaqatala sakinləri ilə görüşüb Müraciətləri yerindəcə həll edildi (FOTOLAR)

Asif Əsgərov Zaqatala sakinləri ilə görüşüb Müraciətləri yerindəcə həll edildi (FOTOLAR)

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Cimcimax kəndində vətəndaşlarla görüş keçirib.

"Unikal" xəbər verir ki, görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, iqtisadi və infrastruktur məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, məktəb direktoru və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Vətəndaşlar əsasən kənd yolunun vəziyyəti, ictimai nəqliyyatın təşkili, örüş sahələrinin çatışmazlığı və işsizlik kimi sosial-iqtisadi məsələlərlə bağlı müraciətlər ediblər. Millət vəkili Asif Əsgərov qaldırılan problemləri diqqətlə dinləyərək, səlahiyyətləri çərçivəsində operativ həlli mümkün olan məsələlərin yerindəcə həllini təmin edib. Eyni zamanda, aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olan müraciətlərin müvafiq orqanlara çatdırılması və nəzarətdə saxlanılması üçün müvafiq göstərişlər verib. Qəbulda olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.

Qeyd edək ki, dağlıq ərazidə yerləşən Cimcimax kəndində indiyədək internet şəbəkəsi mövcud olmayıb. Sakinlərin bu məsələ ilə bağlı millət vəkili Asif Əsgərova etdikləri müraciət əsasında deputat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə birbaşa əlaqə saxlayıb. Nazirliyin rəhbərliyi məsələyə dərhal reaksiya verərək, kənddə internet şəbəkəsinin qurulmasını təmin edib. Qısa müddət ərzində internet xidmətləri kənd sakinlərinin istifadəsinə verilib. İnfrastruktur baxımından mühüm əhəmiyyət kəsb edən bu addım kənd ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Görüşün sonunda kənd sakinləri qeyd ediblər ki, ölkənin bütün bölgələrində olduğu kimi, ucqar dağ kəndlərində də göstərilən diqqət və qayğı onların gələcəyə olan ümidini daha da artırır. Onlar bu qayğını dövlət rəhbərliyinin vətəndaşlara olan həqiqi münasibətinin bariz nümunəsi kimi dəyərləndiriblər. Sakinlər ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirərək, ucqar kənddə belə dövlətin onların yanında olduğunu hiss etdiklərini xüsusi vurğulayıblar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri