Icma.az
close
up
RU
Asif Kurban sədr seçildi

Asif Kurban sədr seçildi

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını vahid platforma altında birləşdirmək məqsədilə 2012-ci ildə yaradılmış Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) 2026–2029-cu illər üzrə növbəti Hesabat-Seçki Ümumi Yığıncağını İstanbul şəhərində keçirib.

Modern.az xəbər verir ki, aprelin 29-da Paşa Yatırım Bankının Baş İdarəsinin iclas zalında təşkil olunmuş Ümumi Yığıncaqda Birliyin əvvəlki dövr üzrə fəaliyyəti qiymətləndirilib, eyni zamanda yeni dövr üçün idarəetmə orqanları formalaşdırılıb. 

Yığıncaqda İdarə Heyətinin fəaliyyət hesabatı, Təftiş Komissiyasının hesabatı və maliyyə göstəriciləri iştirakçıların diqqətinə təqdim olunaraq təsdiq edilib.

Daha sonra keçirilən seçkilərin nəticələrinə əsasən, 2026–2029-cu illərdə fəaliyyət göstərəcək yeni İdarə Heyətinin tərkibi müəyyənləşdirilib. İdarə Heyətinə Dr. Asif Kurban, Mikayıl Yusifov, Vüqar Abdullah, vəkil Zenfira Əliyeva və Elşən Quliyev seçiliblər.

Yeni seçilmiş İdarə Heyətinin öz daxilində apardığı vəzifə bölgüsünün nəticəsinə əsasən, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri vəzifəsinə Dr. Asif Kurban seçilib.

Yeni dövr üzrə vəzifə bölgüsü aşağıdakı kimi müəyyən edilib:

• Sədr: Dr. Asif Kurban
• Korporativ əlaqələr, media, QHT və dövlət qurumları ilə əlaqələr üzrə sədr müavini: Mikayıl Yusifov
• Üzvlük məsələləri üzrə sədr müavini: Vüqar Abdullah
• Hüquq, uyğunluq və Qadın Liderliyi Komissiyasının rəhbəri: vəkil Zenfira Əliyeva
• Rəqəmsallaşma və Biznesin İnkişafı Komissiyasının rəhbəri: Elşən Quliyev

 

Ümumi Yığıncaqdan sonra çıxış edən TAİB-in sədri Dr. Asif Kurban ona göstərilən etimada görə üzvlərə təşəkkürünü bildirib. O qeyd edib ki, əsas məqsədləri Azərbaycan əsilli iş adamlarının ortaq platformasını daha da gücləndirmək, üzvlər arasında həmrəyliyi artırmaq və Birliyin fəaliyyətini daha effektiv səviyyəyə çatdırmaqdır.

Kurban vurğulayıb ki, üzvlərin mövcud bazar imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması, kommersiya fəaliyyətinin inkişaf etdirilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının dəstəklənməsi əsas prioritet istiqamətlər sırasındadır.

TAİB-in yalnız iqtisadi deyil, eyni zamanda strateji və mədəni missiya daşıdığını da qeyd edən Sədr, Türkiyə–Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına bundan sonra da töhfə verməyə davam edəcəklərini bildirib.

“Güclü iqtisadiyyat güclü dövlət deməkdir. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Kurban bildirib.

2000-ci ildə yaradılmış Tural Group şirkətinin təsisçisi və rəhbəri olan Dr. Asif Kurban beynəlxalq ticarət sahəsində fəaliyyət göstərir. O, təhsilini İzmirdə yerləşən Dokuz Eylül Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində bakalavr və magistr pillələri üzrə başa vurmuş, 2007-ci ildə doktorluq dərəcəsi alaraq iqtisad elmləri doktoru elmi adına layiq görülmüşdür.

Çap olunmuş kitabı olan Dr. Asif Kurban hazırda Azərbaycan İş Adamları Konfederasiyasının (ASK) Türkiyə nümayəndəliyinin rəhbəri vəzifəsini də icra edir.

Uzun illərdir ölkə daxili və beynəlxalq qeyri-hökumət təşkilatlarında fəal iştirak və rəhbərlik  edən Dr. Asif Kurban xüsusilə Türkiyə–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın inkişafı və diaspora fəaliyyəti sahəsində gördüyü işlərlə tanınır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 May 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri