Aşil Nupeu: Azərbaycanın ətraf mühiti şəhərsalmaya effektiv şəkildə inteqrasiya olunur
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) başqa ölkələrin mənzil çatışmazlığı problemini necə aradan qaldırmasını öyrənməyi və öz təcrübəmizi bölüşməyi hədəfləyirik.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Kamerunun “Təşkilatlara Dəstək və Azadlıqlara Yardım üzrə Həmrəylik Fəaliyyətləri” QHT təşkilatının layihə meneceri Aşil Nupeu deyib.
O bildirib ki, WUF13-də iştiraklarının əsas məqsədi səmərəli təcrübə mübadiləsi aparmaqdır.
“Təşkilatımız mənzil və yaşayış sahələrində fəaliyyət göstərir. Biz inanırıq ki, bu tədbir müxtəlif aktorları bir araya gətirərək iqlim dəyişikliyi, mənzil və yaşayış sahələrində faydalı təkliflər irəli sürmək, fikir mübadiləsi aparmaq üçün mühüm bir platforma olacaq. Bu, mənim Bakıya ilk səfərimdir. Müşahidə etdim ki, Bakıda olduqca çoxlu yaşıl zonalar mövcuddur. Bu, onu göstərir ki, Azərbaycanın ətraf mühiti şəhərsalmaya effektiv şəkildə inteqrasiya olunur. Biz, həmçinin tədbir çərçivəsində Azərbaycanın "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları haqqında məlumat aldıq və bu təcrübələrini öz ölkəmizdə təqdim etmək istərdik”, - deyə A.Nupeu qeyd edib.
Müxbir - Samirə Quliyeva
Fotoqraf - Eyyub Ələsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 May 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















