Aşıq Namiq: Əlində Quran gəldi, bağışladım Yeni Sabah
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aşiq Namiq Fərhadoğlu atasının ölümündə ittiham etdiyi həkimi bağışlayıb.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o, ad çəkməkdən imtina edib:
“Atamı bu gün dəfn etdik. Mən şou istəmirəm. Həkim dünən əlində Quran gəldi, and içdi ki, istəyirsən, məni öldür, amma günahım yoxdur. Normal müalicə etmişəm, 15 gün də yaşayıb. Mən də hacı, kərbəlayıyam, Allaha, Qurana inanan adamam. Həkimi bağışladım.
Ekspertiziya, prokurorluğa yazdırmadıq. Evdəkilər də xahiş etdilər ki, yazmayaq. Düşmən qazanan adam deyiləm. Hamı bilir. Balalarının canına and içdi ki, səhv deyirəmsə... İnsanıq də. Quranın iki başı var, kim yalandan and içirsə, Allah cəzasını verəcək. Allaha qurban olum!”
Baxış sayı:111
Bu xəbər 15 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















