Asiya Çempionlar Liqası təxirə salındı: AFK dan İran qərarı
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Asiya Futbol Konfederasiyası (AFK) İran, ABŞ və İsrail arasındakı hərbi münaqişənin kəskinləşməsi fonunda regional Çempionlar Liqası matçlarının təxirə salındığını elan edib.
İdman.Biz xəbər verir ki, qərar təhlükəsizlik mülahizələrinə görə Abu-Dabi, Dubay və Dohada keçirilməsi planlaşdırılan qarşılaşmalara şamil olunub. Qurumun rəsmi bəyanatında turnir iştirakçılarının təhlükəsizliyinin mütləq prioritet olduğu vurğulanıb.
“AFK sürətlə inkişaf edən bu vəziyyəti diqqətlə izləməyə davam edəcək. Biz bütün oyunçuların, komandaların, rəsmilərin və azarkeşlərin təhlükəsizliyini təmin etmək məsələsində qətiyyətliyik”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, martın 2-si və 3-nə təyin olunan oyunların yeni tarixləri və ya keçiriləcəyi məkanlar barədə hələlik rəsmi məlumat verilməyib. Təxirə salınan oyunlar arasında “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) – “Əl-Duhail” (Qətər), “Şabab Əl-Əhli” (BƏƏ) – “Traktor” (İran) və “Əl-Vahda” (BƏƏ) – “Əl-İttihad” (Səudiyyə Ərəbistanı) kimi mühüm qarşılaşmalar var. Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr”in də iştirak etdiyi yarışın Qərb zonası üzrə digər turnirləri də bu qərardan təsirlənib.
Baxış sayı:169
Bu xəbər 01 Mart 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















