Icma.az
close
up
RU
Asiya İnkişaf Bankı davamlı inkişaf tərəfdaşımızdır

Asiya İnkişaf Bankı davamlı inkişaf tərəfdaşımızdır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qurum ölkəmizin “yaşıl” layihələrini fəal dəstəkləyir

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi və Qərbi Asiyada layihələrə hazırlığın artırılması çərçivəsində yeni regional texniki yardım üçün 1 milyon ABŞ dolları ayırmağı planlaşdırır. AİB-in məlumatına əsasən, bu fəaliyyət regionun 9 ölkəsini – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir və maliyyələşdirilən layihələrin satınalma, hazırlanma və həyata keçirilməsi sahəsində institusional potensialın artırılmasını reallaşdırır.

Bildirilir ki, AİB texniki yardım layihələrin hazırlanması və tətbiqi əvvəlcə dəstək məqsədilə icraçı orqanlara və onu həyata keçirən agentliklərə göstəriləcək. Xüsusi diqqət satınalma sahəsində bacarıqların inkişafına, o cümlədən tender ilə bağlı sənədlərinin hazırlanması, təkliflərin qiymətləndirilməsi və hesabatların hazırlanmasına yönəldiləcək. Bununla yanaşı, müqavilələrin icrası və şikayətlərin həlli mexanizmlərinin gücləndirilməsinə, xarici məsləhətçilərdən asılılıq əvəzinə daxili potensialın yaradılmasına diqqət yetiriləcək.

AİB-nin məlumatında qeyd edilib ki, son dövrlərdə regionda layihələrin həyata keçirilməsində artıq müsbət dinamika nəzərə çarpıb. Belə ki, satınalma prosedurlarının həyata keçirilməsi üçün tələb olunan müddət 2022-ci ildəki 370 gündən 2023-cü ildə 261 günə, 2024-cü ildə isə 181 günə qədər azalıb. Bununla belə, hazırda inkişaf nəticələrinin əldə olunmasını ləngidən problemlərin aradan qaldırılması üçün institusional potensialın daha da gücləndirilməsinə ehtiyac duyulub. Sözügedən maliyyə qurumunun qarşısında iki əsas amil – layihə və satınalmalar hazırlığına xüsusi diqqət yetirilməsi qarşıda mühüm vəzifə kimi qoyulub.

Qeyd edək ki, müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanın qarşısında duran əsas çağırışlardan biri iqtisadiyyatın tək məhsul ixracına əsaslanan strukturundan uzaqlaşmaq, şaxələndirməni gerçəkləşdirmək və uzunmüddətli dayanıqlı inkişafı diqqətdə saxlamaq olub. Bu baxımdan beynəlxalq maliyyə qurumlarının, xüsusilə, AİB-nin ölkəmizə verdiyi dəstək respublikamızda daim yüksək dəyərləndirilib. Ümumiyyətlə, AİB ilə Azərbaycanın əməkdaşlıq tarixi təkcə kredit və texniki yardım çərçivəsindəki layihələrlə məhdudlaşdırılmayıb, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

Azərbaycan neft və qaz sektorunda mühüm uğurlar qazansa da, bu gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi və qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas hədəflərindən olub. AİB tərəfindən bu istiqamətdə ölkəmizin strategiyası daim dəstəklənib, qeyri-neft sektoruna yönəlmiş layihələrə texniki və maliyyə yardımı göstərilib. Xüsusilə, kənd təsərrüfatı, aqrar emal sənayesi, turizm və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrdə AİB-nin töhfəsi yüksək dəyərləndirilib. Bankın 2021–2025-ci illəri əhatə edən tərəfdaşlıq strategiyası da məhz bu xətt üzrə formalaşdırılıb. Sənəddə Azərbaycanın inklüziv və dayanıqlı iqtisadi artımına dəstək, regional bağlantıların gücləndirilməsi, rəqəmsallaşmanın təşviqi və dövlət idarəçiliyinin yaxşılaşdırılması əsas məqsədlər kimi müəyyənləşdirilib.

Qeyd edək ki, son illərdə Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə və ekoloji sabitliyin təmin olunmasında ciddi irəliləyişlərə imza atıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədində də bərpa olunan enerji mənbələrinin inkişafı və ekoloji təmiz texnologiyaların tətbiqi mühüm yer tutub. Bu istiqamətdə AİB-in yanaşması ilə Azərbaycanın “yaşıl” inkişaf gündəliyi üst-üstə düşüb.

AİB digər regionlarında olduğu kimi, Azərbaycanda da “yaşıl” enerji sahəsində investisiya və texniki yardım imkanlarını genişləndirib. Bankın ölkəmizdə günəş, külək və hidroenerji layihələrinə marağı xüsusilə artıb. Eyni zamanda, əsasən, qeyri-neft sənayesinə aid müəssisələrdə enerji səmərəliliyinin artırılması, enerji idarəetməsi sistemlərinin qurulması və yeni texnologiyaların tətbiqinə xüsusi əhəmiyyət verilib.

Bank bütün bunlarla yanaşı, ölkəmizdə nəqliyyat və dəmir yolu infrastrukturunun qurulmasına, regional inteqrasiyanın təməlinin qoyulmasına da həssaslıqla yanaşıb. Bu məsələni Azərbaycanın coğrafi mövqeyi – Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən tranzit qovşaq kimi rolu şərtləndirib. AİB bu baxımdan Azərbaycanın regional tranzit potensialını artırmaq məqsədilə bir sıra irimiqyaslı layihələrə dəstək verib. Məsələn, maliyyə qurumu Bank Bakı – Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin icrasına xüsusi diqqət yetirib. Layihə nəticəsində sərnişin və yük daşımalarının səmərəliliyi artıb, ətraf mühitə təsirlər minimuma enib..

AİB hazırda Azərbaycan hökuməti ilə birlikdə dəmir yolu şəbəkəsinin daha geniş və modern bir formada inkişaf etdirilməsi, yeni multimodal nəqliyyat dəhlizlərinin yaradılması, liman-logistika mərkəzləri ilə inteqrasiyanın gücləndirilməsi istiqamətində danışıqlar aparır.

Xatırladaq ki, beynəlxalq maliyyə qurumu inklyüziv artım və sosial rifah məsələlərinə də həssaslıqla yanaşıb. Çünki Azərbaycan dövləti hər zaman sosial rifahın artırılması, əhalinin həssas təbəqələrinin həyat səviyyəsinin yüksəldilməsi və regional bərabərsizliyin aradan qaldırılmasına iqtisadi siyasətin əsas prioritetlərindən biri kimi önəm verib. Bu istiqamətdə reallaşdırılan layihələr nəticəsində regionlarda su təchizatı, kanalizasiya, məktəb və səhiyyə infrastrukturu yaxşılaşıb.

Hazırda rəqəmsal iqtisadiyyatın inkişafı qlobal çağırışlar fonunda Azərbaycanın prioritetlərindən biridir. Bu çərçivədə AİB-in rəqəmsallaşma sahəsində təcrübəsi ölkəmiz üçün olduqca faydalıdır. Elektron hökumət sistemlərinin təkmilləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənməkdədir. Eyni zamanda, bank tərəfindən yerli kadr potensialının gücləndirilməsi və texnologiya transferi üzrə proqramlar təklif edilir.

Bu gün AİB və Azərbaycan hökuməti arasında bərpa olunan enerji, dəmir yolu bağlantıları, su təsərrüfatı və rəqəmsal xidmətlərin genişləndirilməsi üzrə yeni əməkdaşlıq paketləri müzakirə olunur. Bu isə maliyyə qurumunun ölkəmizə yüksək etimadından və Azərbaycanın regional liderlik mövqeyinin getdikcə gücləndiyindən xəbər verir.

Beləliklə, respublikamızın iqtisadi və sosial inkişafına töhfə verməkdə davam edən AİB yeni çağırışlar və imkanlar fonunda da ölkəmizin strateji tərəfdaşı olaraq qalır. Qarşıdakı illərdə bu əməkdaşlıq daha da dərinləşərək, Cənubi Qafqaz regionunda davamlı və inklüziv inkişafın əsas sütunlarından birinə çevriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri