Icma.az
close
up
RU
Asiya İnkişaf Bankından “yaşıl investisiya”

Asiya İnkişaf Bankından “yaşıl investisiya”

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bank ölkəmizdə maliyyə sektorunun inkişafına dəstək verəcək

Mərkəzi Bankın (MB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) Sektorlar üzrə 3-cü departamentinin baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş çərçivəsində Mərkəzi Bank və AİB arasında mövcud əməkdaşlığın cari vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar, yaşıl maliyyələşmə, eləcə də maliyyə sektorunun inkişafını dəstəkləyən birgə təşəbbüslər müzakirə olunub. Həmçinin, Mərkəzi Bank və AİB arasında əlaqələrin inkişafı və texniki yardım imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

“Yaşıl maliyyə” dayanıqlı inkişafı və ətraf mühitin qorunmasını dəstəkləyən çoxsaylı maliyyə əməliyyatlarını və maliyyə məhsullarını (kredit, istiqraz, səhm və s.) özündə birləşdirir. Yaşıl maliyyənin digər əsas təməl prinsipləri ekoloji təhdidlərin azaldılması, iqlim risklərinin idarə olunması və yaşıl texnologiyalara investisiyanı stimullaşdırmaqdır. Bu, maliyyə aləti bərpaolunan enerji, enerji effektivliyi, nəqliyyat, su idarəetməsi və tullantı emalı kimi sahələrdə daha çox tətbiq edilir. Ümumilikdə, “yaşıl maliyyə”nin inkişaf etdirilməsi üçün bir sıra kanallar mövcuddur ki, onların sırasında dövlət-özəl sektor əməkdaşlığı, banklar tərəfindən beynəlxalq təşkilatlardan vəsaitlərin cəlb edilməsi, xarici maliyyə institutlarının investisiyaları və müxtəlif maliyyə alətləridir.

Yeni maliyyə çərçivəsi - “Yaşıl Taksonomiya”

“Yaşıl maliyyələşmə” Azərbaycanda müasir iqtisadi inkişafın əsas prioritetlərindən birini təşkil edir və Mərkəzi Bank bu istiqamətdə yeni instititsional çərçivə hazırlamaqla dayanıqlı maliyyə infrastrukturu yaratmaqdadır. MB tərəfindən ötən il təsdiqlənmiş “Yaşıl Taksonomiya” sənədinin əsas hədəfləri sırasında maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla birgə maliyyə-bank, sığorta və digər iqtisadi sektorlar üzrə “yaşıl fəaliyyət”in artırılması nəzərdə tutulur. Taksonomiya baxışlarına əsasən, bank və maliyyə bazarının iştirakçıları dünyada tətbiq edilən “yaşıl maliyyə” alətlərinin ölkəmizdə tətbiqində səy və məsuliyyətlərini artıracaq. Yaxın illərdə bank sektoru fəaliyyətini daha çox “yaşıl maliyyə” təminatlarına yönəltməli olacaq. “Yaşıl maliyyə” arxitekturasının qurulması isə böyük həcmdə sərmayələr tələb edir.

Hazırda dünya bank sektoru bu vəsaitləri müxtəlif alətlərlə təmin etməyə çalışır. Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xususi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək uçun sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə  öz səmətəsini verməkdədir.

Yeri gəlmişkən, ötən həftə MB-nın Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS) tamhüquqlu üzv qəbul olunması bu istiqamətdə yürüdülən iradəli siyasətin uğuru hesab edilə bilər. Bu üzvlük Azərbaycanın Mərkəzi Bankının qlobal şəbəkənin tamhüquqlu üzvü kimi işçi qruplarının fəaliyyətində iştirakına geniş imkanlar yaradacaq,  iqlim maliyyəsi üzrə ssenarilərin hazırlanmnası və təhlili, “yaşıl maliyyə” layihələrində təmsil olunmasını təmin edəcək, dayanıqlı maliyyə gündəliyinin, o cümlədən “yaşıl taksonomiya”nın tətbiqini genişləndirəcək.

“Ölkə Tərəfdaşlığı Strategiyası” və yeni hədəflər

“Yaşıl maliyyə” proqramında Azərbaycanın ən yaxın tərəfdaşlarından biri də Asiya İnkişaf Bankıdır. Ötən ilin sonlarında AİB-in icraçı direktoru Masato Kandanın ölkəmizə səfəri çərçivəsində Azərbaycanla AİB arasında növbəti əməkdaşlıq proqramı - “Ölkə Tərəfdaşlığı Strategiyası”nın rəsmi icrasına start verilib. Yeni strateji konsepsiya Bakı metrosunun genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi və digər infrastruktur layihələrini əhatə edir.

Strategiya, həmçinin, 4 il ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrini əhatə edəcək. Bu istiqamətdə, AİB tərəfindən növbəti illər ərzində regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında hökumətə dəstək verilməsi nəzərdə tutulur. M.Kanda vurğulayıb ki, Bank Ətraf Mühit Naminə Proqramı çərçivəsində enerji subsidiyası islahatlarını dəstəkləməyə davam edəcək, yaşıl dövlət xərcləri proqramlarının işlənib hazırlanması və maliyyələşdirilməsində Azərbaycanın potensial tərəfdaşı olacaq.

Xatırladaq ki, mayın 5-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısı çərçivəsində Azərbaycanın iştirakı ilə 2026-2031-ci illər üzrə ticarətin inkişafı və “yaşıl artım” layihəsi təsdiqlənib. Asiya Bankı Azərbaycanın da təmsil olunduğu layihənin maliyyələşdirilməsində əsas donor kimi dəstəyini ifadə edib.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri