Asiya İnkişaf Bankının ekspertləri ilə görüş olub
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) ekspertləri ilə görüş olub.
“Keyfiyyətli iş yerləri və əmək sferasının gələcəyi” layihəsi çərçivəsində keçirilən görüşdə Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov ölkəmizin Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60 Konvensiyası və 1 Protokoluna qoşulduğunu qeyd edib. O, əmək qanunvericiliyinin bu Konvensiyalar əsasında təkmilləşdirilməsi istiqamətində əldə olunan irəliləyişləri diqqətə çatdırıb.
AİB-in əmək bazarı üzrə eksperti Karlos Alberto əmək münasibətləri sahəsində aparılan islahatlar prosesində BƏT standartlarına istinad edilməsinin önəmini vurğulayıb. Görüşdə əməyin mühafizəsi və təhlükəsizliyini tənzimləyən hüquqi, institusional çərçivənin, milli əməyin mühafizəsi və təhlükəsizliyi sisteminin əsas üstünlüklərindən bəhs olunub.
Bu mövzuda, habelə Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsinə dair müzakirə aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Sentyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















