Icma.az
close
up
RU
ASK Arena da “Fair Play Matçı” keçirilib

ASK Arena da “Fair Play Matçı” keçirilib

Icma.az, Fanat saytına istinadən bildirir.

"ASK Arena"da “Fair Play Matçı” baş tutub. 

Fanat.Az xəbər verir ki, matçda peşəkar, veteran, həvəskar, qadın, əlil futbolçular və hakimlərdən ibarət qarışıq komandalar iştirak edib. 

Oyunun məqsədi “Futbol hamı üçün” və “Futbolda ədalətli oyun” mesajlarını vermək olub. Matç həmçinin Azərbaycan futbol tarixinin unudulmaz siması, dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illiyi və bu il dünyada ilk dəfə qeyd edilən “Beynəlxalq Ədalətli Oyun Günü”nə həsr edilib. 

Tədbir “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Neftçi” peşəkar futbol klubunun dəstəyi və tərəfdaşlığı ilə keçirilib. 

Matçdan öncə tədbirin açılış hissəsində Birləşmiş Krallığın ölkəmizdəki səfiri Fergus Auld, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov, Regional Futbol Federasiyasının prezidenti İskəndər Cavadov və digərləri açılış nitqləri ilə çıxış edib və tədbirin əhəmiyyətini vurğulayıblar. 
Səfir ana dilimizdə çıxış edərək idmanın vacibliyini qeyd edib: “Fair Play” matçı çox gözəl bir təşəbbüsdür. Bu matç bizə futbol və idmanın hər kəs üçün olduğunu göstərir. Hər kəs bir meydanda oynayır. Bu, futbolun insanları necə birləşdirdiyini əyani şəkildə nümayiş etdirir. Bu oyun həm də çox xüsusi bir şəxsə — Azərbaycan futbolunun siması Tofiq Bəhramova həsr olunur”.

Daha sonra matça start verilib. Britaniyanın səfiri, səfirliyinin əməkdaşları, “Baku Juniors” qadınlar klubu, futbol veteranları, amputant futbolçuların milli yığma komandası və hakimlər bir araya gələrək ədalətli oyunun ruhunu qeyd edib və maraqlı futbol matçı keçiriblər. Tədbirdən sonra “Neftçi” klubunun amputant futbolçular üçün hədiyyələri təqdim edilib. 

Qeyd edək ki, bu tədbir “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin 2025-ci ildə həyata keçirdiyi “Tofiq Bəhramov – 100” Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://fanat.az
archiveBu xəbər 28 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri