Icma.az
close
up
RU
Aşk ı Memnu nun məşhur malikanəsi rekord qiymətə təklif olunur

Aşk ı Memnu nun məşhur malikanəsi rekord qiymətə təklif olunur

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin ekran tarixinə damğa vurmuş "Aşk-ı Memnu" serialının çəkildiyi məşhur villa satışa çıxarılıb. Ssenariyə əsasən, Ziyagil ailəsinin şəhər həyatından uzaqlaşmaq üçün tez-tez baş çəkdiyi bu əfsanəvi mülk İstanbulun Çatalca rayonunda yerləşir və satış qiyməti 135 milyon TL (təxminən 5,9 milyon manat) olaraq müəyyən edilib.

Oxu.Az "Türkiye Gazetesi"nə istinadla xəbər verir ki, ümumilikdə 10 665 kvadratmetr sahəyə sahib olan bu dəbdəbəli kompleks təkcə seriallara yox, həm də möhtəşəm toy mərasimlərinə, tədbirlərə və digər ekran layihələrinə ev sahibliyi edib.

Əgər alıcının istəyinə əsasən, bitişik olan 43 302 kvadratmetrlik əlavə sahə də satışa daxil edilərsə, mülkün ümumi ərazisi 53 967 kvadratmetr, qiyməti isə 195 milyon TL (təxminən 8,5 milyon manat) olacaq.

Mülk 1989-cu ildə tanınmış memar Altan Denizel tərəfindən layihələndirilib, inşası isə iş adamı Dikran Masisin nəzarəti ilə həyata keçirilib. Əvvəlcə şəxsi mülk kimi inşa edilən obyekt, 2005-ci ildən etibarən 23 otaqlı butik otelə çevrilib.

Mülkün daxilində restoran, masaj otaqları, konfrans zalları, yürüş parkuru, peşəkar mətbəx, açıq hovuz, sauna və hamam da daxil olmaqla bir çox lüks imkanlar təqdim olunur.

Bu möhtəşəm təsis həm nostalji yaşatmaq, həm də sərmayə qoymaq istəyənlər üçün unikal fürsət kimi dəyərləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 04:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri