Icma.az
close
up
RU
Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib Federasiya açıqlama yaydı

Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib Federasiya açıqlama yaydı

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Dopinqə görə 3 illik diskvalifikasiya olunan Azərbaycan güləşçisi Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib.

Güləş Federasiyasından Mia.az-a bildirilib ki, idmançının 2024-cü ildə təşkil olunan Azərbaycan çempionatından sonra verdiyi dopinq testin nəticələrinin müsbət çıxıb: “O, 2024-cü ildə Bakı İdman Sarayında keçirilmiş sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində sərbəst güləşdə bürünc medal qazanıb. Həmin yarışdan sonra AMADA-nın əməkdaşları bütün idmançılardan, o cümlədən Aslan Abakarovdan test nümunəsi götürüb. Həmin dopinq test müsbət nəticələnmişdi. İdmançının apellyasiya şikayətinə baxmayaraq, göstərilən səbəblər qəbul edilmədiyi üçün diskvalifikasiyaya məruz qalıb. İdmançı belə əsaslandırır ki, xəstələndiyi üçün Rusiyada həkimin yazdığı reseptə uyğun olaraq dərman alıb. Lakin dərmanın tərkibində dopinq olduğunu bilməyib. Nəticədə dopinq testi müsbət çıxıb.

Əslində isə hər bir milli üzvü istənilən dərmanı qəbul etməmişdən əvvəl bu barədə yığmanın həkiminə bildirməlidir. Həkimlə məsləhətləşdikdən sonra icazə verilərsə, dərmanı qəbul edə bilər. Ancaq Aslan həkimlə məsləhətləşmədən dərman qəbul edib. Bizdə demək olar hər il AMADA ilə əməkdaşlıq çərçivəsində seminarlar keçirilir. Çünki dopinq siyahısı hər dəfə genişlənir, yeni maddələr əlavə olunur, qadağan olunmuş dərmanlar göstərilir. İdmançılar təlimatlandırılır. Qaydalara əməl etməyənlər belə problemlərlə üzləşirlər. Sevindirici haldır ki, son illərdə millinin heç bir aparıcı üzvü dopinq problemi ilə üzləşməyib. Hər bir idmançıya dərman qəbul edərkən yığmanın həkimi ilə məsləhətləşməsinin vacibliyi bildirilib”.

Qeyd edək ki, Aslan Abakarov nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə 36 aylıq cəzalanıb. Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see160

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see142

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see129

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see129

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see128

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see126

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see120

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see119

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri